Kəşfiyyat Xidməti din xadimini pravoslav məkanında parçalanma yaratmaqda ittiham edir
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Rusiyanın Xarici Kəşfiyyat Xidməti Konstantinopol patriarxı Varfolomeyi dini birlik yaratmaq əvəzinə "pravoslav məkanında parçalanma fəaliyyəti"ndə ittiham edir.
Reyting.az xəbər verir ki, Xarici Kəşfiyyat Xidmətinin press-relizində Varfolomey "rahib paltarında anti-xrist" və "Baltikyanı ölkələrdən rus pravoslavlığını sıxışdırmaq ideyasına aludə olmuş şeytan" adlandırılıb.
Xarici Kəşfiyyat Xidmətinin iddiasına görə, ona bu işdə mAvropa ölkələrindəki rusofob əhval-ruhiyyəni "qidalandıranlar", Britaniya xüsusi xidmətləri, eləcə də "yerli millətçilər və neonasistlər" köməklik göstərir.
Bəyanatda qeyd olunur ki, Varfolomeyin bu cür "aqressiv iddiaları" Avropanın digər ölkələrinə də şamil edilir.
Kəşfiyyat Xidməti bildirir ki, Varfolomey Monteneqro Pravoslav Kilsəsinə avtokefaliya verməklə "xüsusilə itaətsiz" Serbiya Pravoslav Kilsəsinə zərbə vurmaq istəyib.
Rusiya Pravoslav Kilsəsi hələ 2018-ci ildə Ukrayna Pravoslav Kilsəsinə avtokefaliya verilməsi qərarından sonra Konstantinopol patriarxlığı ilə evxaristik əlaqələri kəsmişdi. Bunun əsas səbəblərindən biri isə məhz patriarx Varfolomeyin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalını şeytan ehtirası adlandırması, dəfələrlə pisləməsi olub.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 13 Yanvar 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















