Icma.az
close
up
RU
Azərbaycanla Qırğızıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Qırğızıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan ilə Qırğızıstan arasında təhsil və elm sahəsində əməkdaşlıq səviyyəsinin siyasi münasibətlər səviyyəsinə qaldırılması, imzalanmış sazişdən irəli gələn məsələlərin - ali təhsil və elm müəssisələri arasında əməkdaşlıq üçün sahə və istiqamətlərin müəyyənləşdirilməsi, tələbə mübadiləsinə dair konkret addımların atılması, elm sahəsində fəaliyyət göstərən araşdırma mərkəzlərinin birgə fəaliyyət sahələri və istiqamətlərinin müəyyən edilməsi, o cümlədən TDT çərçivəsində elm və təhsil sahəsində aparılan iş istiqamətlərinin düzgün təsbit edilməsinə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovun Qırğız Milli Universitetinin rektoru Doqdurbek Çontoyev, Qırğız Respublikası Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının rektoru Akılbek Kılıçev, Qırğız Milli Aqrar Universitetinin rektoru Rısbek Nurqaziyev və Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan ilə görüşlərində ölkələrimiz arasında təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğu və bu sahədə müsbət addımların atıldığı bildirilib. Qeyd olunub ki, Azərbaycan dövləti tərəfindən Bişkek şəhərində iki məktəb tikilib istifadəyə verilib, Heydər Əliyev adına 20 saylı gimnaziyada STEAM mərkəzi yaradılıb, eyni zamanda, Prezident Sadır Japarovun Azərbaycana səfəri zamanı Qırğızıstan dövləti tərəfindən Ağdamda hazırda tikintisi başa çatmaqda olan məktəbin təməli qoyulub.

Diplomat ali təhsil və elm müəssisələri arasında elmi tədqiqat işləri üzrə birgə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qabaqcıl təcrübənin öynənilməsi üçün qarşılıqlı səfərlərin təşkil edilməsinin, mütəmadi görüşlərin və müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Qırğızıstanın ali tədris müəssisələrin rəhbərləri Azərbaycanın ali təhsil və elm müəssisələri ilə əməkdaşlıqdan yalnız məmnun olacaqlarını bildirib, bununla bağlı zəruri işlərin görülməsinə hazır olduqlarını vurğulayıblar.

Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında birgə şuranın yaradılmasını təklifi irəli sürülüb və bu, təklif Qırğız Milli Universitetinin rəhbərliyi tərəfindən bəyənilib.

Qeyd edək ki, Qırğız Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb, Azərbaycan Dövlət İqtisadi Universiteti ilə hazırda tərəfdaşlıq münasibətləri müzakirə olunur. Bu baxımdan qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi məqsədilə QMU nümayəndə heyətinin Bakıya səfəri nəzərdə tutulur.

Xatırladaq ki, ötən il Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfəri “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri