Icma.az
close
up
RU
Azərbaycanla Slovakiya arasında qaz sazişinin müddəti uzadıla bilər

Azərbaycanla Slovakiya arasında qaz sazişinin müddəti uzadıla bilər

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə yanaşı, Slovakiya Azərbaycan qazını alan on ikinci Avropa ölkəsi olub. Ukrayna ərazisində tranzitin dayandırılmasından ehtiyatlanaraq, Azərbaycandan qazın tədarükü üçün sınaq müqaviləsi imzalanıb.

Müqavilə Dövlət Neft Şirkəti və Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan "Slovak Gas Industry", eləcə də "BP", “ExxonMobil”, “Shell”, “Eni” və "RWE" ilə bağlanıb. Bununla da Azərbaycan Slovakiyanın ilin sonunda gözlənilən qaz tədarükü çatışmazlığını qismən də olsa, kompensasiya etməyi üzərinə götürüb. Belə ki, 2025-ci il yanvarın 1-də Rusiya qazının Ukrayna ərazisindən tranzitini tənzimləyən əsas müqavilənin müddəti başa çatır. Bu da Avstriya, Macarıstan və Slovakiya kimi ölkələrin qaz təhcizatına mənfi təsir göstərəcək. Çünki bu dövlətlər Ukraynadan tranzit edilən Rusiya qazından kifayət qədər asılıdırlar. 2023-cü ildə Ukraynadan qaz tranzit hesabına Avstriya, Macarıstan və Slovakiyanın mavi yanacağa olan tələbatının 65 faizi ödənilib. Bazar araşdırmalarına əsasən, Şərqi Avropa ölkələri Rusiyadan qaz təchizatının kəsilməsinə həssas yanaşan dövlətlərdir. Ən pis ssenaridə onların ümumi daxili məhsul istehsalının 6,5 faizə qədər azalacağı istisna edilmir.

Onu da nəzərə çatdıraq ki, bu ilin birinci rübündə Avropa İttifaqına (Aİ) boru kəmərləri ilə ixrac edilən qazın, təxminən, 7 faizi Azərbaycanın payına düşüb. Hazırda, Norveç, Əlcəzair və Rusiyadan sonra Azərbaycan Aİ-yə qaz nəql edən dördüncü ən böyük təchizatçıdır. İttifaqın ümumi qaz idxalında Azərbaycanın payı 3 faiz təşkil edir. Qazın ildən-ilə ötürülən həcmləri artır. 2024-cü ilin sonuna Azərbaycanın Avropaya 12,5 milyard kubmetr qaz ixrac etməsı proqnozlaşdırılır.

Qaldı "SPP" ilə müqavilənin müddətinin uzadılıb-uzadılmayacağına, şirkət Ukrayna ərazisindən qaz nəqlinin davam etdirilməsini dəstəkləyir.Çünki bu, müştərilər üçün ən sərfəli həll yoludur. Bununla belə, şərq qolundan qaz nəqlinin dayandırılması riskinin yüksək olmasını dərk edir. "SPP" QSC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Vojtech Ferencz Slovakiya mediasına açıqlamasında bildirib ki, istənilən vəziyyətdə böyük sənaye abonentlərindən tutmuş ev təsərrüfatlarına qədər hər kəsin təhlükəsiz təbii qaz təchizatına zəmanət verilməsi yönündə tədbirlər görürüləcək.

Lakin şirkət rəhbəri alternativ tədarükün, diversifikasiyasının öz qiymətinin olduğunu da qeyd edib. Belə məlum olub ki, Rusiyadan qaz idxalının azaldılması və ya tamamilə dayandırılması Rəsmi Bratislavaya ucuz başa gəlməyəcək. Bu yöndə təxmini hesablamalar 140 milyon əlavə xərcdən xəbər verir.

Slovakiya qaz ixracı sahəsində Rusiyanın uzunmüddətli və etibarlı tərəfdaşı hesab edilir. Rusiya təbii qazının ölkəyə tədarükü hələ 1967-ci ildə Çexoslovakiyaya tədarükün bir hissəsi kimi başlayıb və bu günə qədər davam edir. Ölkəyə qaz tədarükü 2008-ci ildə imzalanmış, 2032-ci ilə qədər qüvvədə olan "Əsas saziş" çərçivəsində həyata keçirilir. Rusiya 2020-ci ildə Slovakiyaya 8,62 milyard kubmetr qaz tədarük edib.

Qərb mediası iddia edir ki, Avropanın enerji şirkətləri 2025-ci ilin əvvəlindən “Qazprom”un kəmərləri ilə Azərbaycan qazının nəqlinə dair Rəsmi Kiyev və Bakı ilə danışıqlar aparırlar.Bunun üçün isə praktikada Azərbaycanla Rusiya arasında "svop" sazişi olmalıdır. Hətta "Bloomberg" bir müddət əvvəl avropalı alıcıların Rusiya ilə Ukrayna arasında tranzit müqaviləsinin müddətinin başa çatmasından sonra qitəyə təbii qaz tədarükü üçün Azərbaycanla kommersiya sazişi imzalamağa yaxın olduğunu irəli sürmüşdü. Agentlik iddia edirdi ki, kommersiya müqaviləsi özündə SOCAR-ın Rusiya-Ukrayna sərhədindəki Sudjaya qaz tədarükünü nəzərdə tutur. Hansıki Macarıstanın "MVM Zrt." və Slovakiyanın "Slovensky Plynarensky Priemysel AS" şirkətləri daha sonra bu əmtəəni Avropaya təhvil verəcəklər. Müqavilə Ukraynanın son illərdə ölkəyə ildə, təxminən, 800 milyon dollar qazandıran boru kəməri şəbəkəsindən istifadəyə görə tranzit haqqı almasını şərtləndirəcək. Azərbaycana isə Avropa ilə enerji əlaqələrini daha gücləndirməyə, təkcə Macarıstan və Slovakiyaya ildə 12-14 milyard kubmetr qaz satmağa imkan verəcək.

“Politico” saytının məlumatına görə, Rusiya qazının Avropa bazarına gələcək tədarükü ilə bağlı qeyri-müəyyənlik köhnə qitədə enerji məhsullarının qiymətlərini artırır. Təbii qaz üçün ödənişlər 2020-ci ildəki qiymətlə müqayisədə iki dəfə bahadır.

"Qazprom" artıq Avstriyaya tədarükləri dayandırıb, çünki yerli enerji şirkəti "OMV" Rusiya şirkətinə qarşı 230 milyon avro məbləğində arbitrajda qalib gəlib. Digər tərəfdən, Budapeşt “Qazprom”la yeni tədarük üçün danışıqlar aparmağa və 2025-ci ildə həcmləri artırmağa çalışır.

Slovakiyaya gəlincə, ölkənin İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci il və gələcək 5 ildə ölkənin illik istehlakı 4,3 mlrd kubmetr olacaq. Növbəti dövr üçün qaz istehlakında durğunluq və ya bir qədər azalma gözlənilir.

2023-cü ildə Slovakiyanın ev təsərrüfatlarının aylıq qaz istehlakı 13,4 teravatt-saat olub. Ən yüksək istehlak dekabrda, ən aşağı isə iyun-sentyabrda qeydə alınıb.

Avropanın təbii qazdan asılılığı əsasən, 2021-2022-ci illərdəki enerji böhranından sonra daha da qabardı.
Təbii qaz Avropada xam neftdən sonra ikinci ən vacib enerji mənbəyidir. Bir çox qitə ölkələri təbii qazdan elektrik və istilik enerjisi istehsalında, eləcə də sənayedə istifadə edirlər. Təbii qaz Avropa İttifaqında ümumi istilik istehsalının təxminən 40, enerji istehlının 20 faizdən çoxunu təşkil edir. Bunun fonunda qitənin resursları məhduddur. Və tələbat əsasən, Rusiya və Əlcəzair kimi ölkələrdən boru kəmərləri ilə təhcizat sayəsində ödənilir.

Avropa İttifaqı ortamüddətli perspektivdə "LNG" infrastrukturunun təşviqi, uzunmüddətli perspektivdə isə bərpa olunan enerji mənbələrinin artırılması yolu ilə Rusiyadan asılılığı azaltmağa yönələn "RePowerEU" planı hazırlasa da, bu yöndə məqsədinə planladığı şəkildə nail ola bilməyib.

Qitənin daxilindəki istehsalçı ölkələrin resursları isə kifayət etmir. Məsələn, 2023-cü ildə Norveç 116,6 milyard kubmetr təbii qaz hasil edib. Böyük Britaniya üzrə bu rəqəm 34,5, Ukrayna üzrə 17,7, Niderland 9,9, Rumınya 8,9, Almaniya üzrə isə 3,8 milyard kubmetr təşkil edib.

Leyla Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Dekabr 2024 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri