Icma.az
close
up
RU
Azərbaycanla sülh pozularsa, bu Ermənistan dövlətinin sonunu gətirə bilər Deputatdan AÇIQLAMA

Azərbaycanla sülh pozularsa, bu Ermənistan dövlətinin sonunu gətirə bilər Deputatdan AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan Baş Naziri Nikol Paşinyan xalqa müraciətində bildirib ki, Qarabağ məsələsi Vaşinqton razılaşması ilə bağlanıb və bu olmadan sülh mümkün deyildi. O, Qarabağın illərlə Ermənistanın müstəqilliyinə maneə kimi istifadə olunduğunu deyib. Baş nazir həmçinin qeyd edib ki, Qarabağı tərk edən ermənilərin Azərbaycana qayıtması qeyri-real və sülh üçün təhlükəlidir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Paşinyan ilk dəfədir mövcud siyasi reallıqdan çıxış edir və elan etdiyi “real Ermənistan” məqsədlərinə bir qədər də yaxınlaşmış olur.

"Onun Qarabağla bağlı səsləndirdiyi fikirlər, xüsusilə də Qarabağda yaşayan ermənilərin Azərbaycanı könüllü tərk etdikdən sonra geri qayıtmasının mümkünsüzlüyü barədə açıqlaması təqdirəlayiqdir. Bu, bugünkü siyasi gerçəklikdən irəli gələn bir zərurətdir. Əks halda Ermənistan Azərbaycanla sülh əldə edə bilməz. Paşinyan anlayır ki, bunun əksini iddia etmək Azərbaycanla sülhü pozmaq deməkdir. Azərbaycanla sülh pozularsa, bu Ermənistan dövlətinin sonunu gətirə bilər. Buna görə də onun bu mövqeyi realist yanaşma kimi dəyərləndirilə bilər. Lakin əsas məsələ ondadır ki, Paşinyan bir siyasətçi olaraq bu fikirlərə erməni ictimaiyyətini inandıra bilməlidir. O, tərəfdarlarının sayını artırmalı, cəmiyyətdə dəstək qazanmalıdır. Belə olduğu halda Ermənistan cəmiyyəti sülhə daha yaxın olar".

Millət vəkili əlavə etdi ki, sülh hər nə qədər siyasi hadisə sayılsa da, eyni zamanda ictimai-psixoloji hadisədir.

"Məsələnin hüquqi-siyasi tərəfi həll olunsa da, ictimai şüurda dəyişiklik baş verməzsə, əldə edilən razılaşmalar daim şübhə altında qalacaq və yarımçıq görünəcək. Bu isə sülhün təhdid altında olması deməkdir. Məncə, Paşinyanın son açıqlaması həm də bu istiqamətə xidmət edir.

Digər mühüm məqam Paşinyanın çağırışıdır. O, deyir ki, əgər bu mövqeyə qarşısınızsa, inqilab edin. Paşinyan yaxşı bilir ki, yorğun düşmüş, öz ambisiyalarının qurbanına çevrilmiş və iqtisadi cəhətdən təcrid olunmuş erməni cəmiyyətinin yeni bir inqilab etmək potensialı yoxdur. Buna görə də o, əslində erməniləri Azərbaycanın yaratdığı reallıqla barışmağa səsləyir. Bu, sülhə gedən yolda vacib addımlardan biridir. Amma əsas məsələ hələ də qarşıdadır. Yəni Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Paşinyanın da vurğuladığı kimi, ərazi iddiası mahiyyətini daşıyan fikirlərin hüquqi-siyasi sənədlərdə aradan qaldırılması lazımdır. Yalnız bu halda sülhün yolu tam açılmış olacaq", - deyə Hikmət Babaoğlu vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Avqust 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri