Azərbaycanlı alim COP 31 də su hövzələrində çirklənməyə dair model təqdim edəcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Antalya, 15 noyabr, AZƏRTAC
Türkiyənin Qəbzə Texniki Universitetinin doktorantı Şəbnəm Qarslı Antalyada davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində su hövzələrində yosun çiçəklənməsi probleminə dair süni intellekt vasitəsilə hazırladığı modeli təqdim edəcək.
Alim AZƏRTAC-a açıqlamasında bildirib ki, suyun tərkibində xüsusilə azot və fosforun həddindən artıq artması nəticəsində çoxalan mikroskopik yosunlar ekologiya, suyun keyfiyyəti və canlı aləm üçün ciddi təhlükələr yaradır.
“İqlim dəyişikliyi yosun çiçəklənməsi probleminin həcmini böyüdür. Bu təhlükəni bütün su hövzələri baxımından təhlil etmək, labotariya qurmaq imkansızdır. Hazırladığım model “Sentinel-2” peykindən əldə olunan fotomaterialları fərqli indekslər əsasında xəritə şəklində təhlil edərək, süni intellekt vasitəsilə öyrənməyə imkan verir”, - deyə Ş.Qarslı bilbirib.
COP-31 iştirakçılarına təqdim ediləcək yeni model hansı su hövzəsində hansı dönəmdə yosun çiçəklənməsi problemi yaşandığını əvvəlcədən göstərəcək. Beləliklə, balıqçılar hazırlıqlı olacaqlar, müvafiq çimərlik qadağaları da tətbiq oluna bilər.
Onun sözlərinə görə, hazırda modelə bütün qitələrdən su hövzələri, həmçinin Türkiyənin Burdur gölü və İzmir körfəzi də daxil edilib.
Modellə bağlı işlər 2027-ci ilin fevral-mart aylarında tam yekunlaşacaq və elmi dərgidə məqalə şəklində dərc olunacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 15 Noyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















