Icma.az
close
up
RU
Azərbaycanlı alim Prezidentə müraciət etdi: Müvafiq dövlət qurumu şikayətinə dərhal RƏSMİ CAVAB VERDİ KONKRET

Azərbaycanlı alim Prezidentə müraciət etdi: Müvafiq dövlət qurumu şikayətinə dərhal RƏSMİ CAVAB VERDİ KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı alim Elman Şahverdiyev Elm və Təhsil Nazirliyi nəzdində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən elmi mükafat proqramında iştirak edib. Keçid balını yığmasına baxmayaraq, müsabiqədə haqsızlığa məruz qaldığını iddia edir. 

Bu barədə Elman Şahverdiyev KONKRET.az-ın redaksiyasına ünvanladığı məktubda bildirib.

O tələb edir ki, elmi göstəriciləri obyektiv şəkildə nəzərə alınaraq,  mükafatı tam şəkildə ödənilsin. Azərbaycanlı alim Prezidentə müraciət də ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:

Hörmətli cənab Prezident;

Mən, elmlər doktoru Elman Şahverdiyev 30 ildən artıqdır ki, Azərbaycan elminə sədaqətlə xidmət edirəm. 1958-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşam. Ali təhsilimi Azərbaycan Dövlət Universitetində başlamış, sonradan SSRİ-nin ən nüfuzlu ali məktəblərindən biri olan Moskva Mühəndis-Fizika İnstitutunda davam etdirmişəm. Elmi fəaliyyətim dünya elminin ən aktual istiqamətlərindən biri olan xaosun idarə olunmasına həsr edilib. Dəfələrlə beynəlxalq səviyyəli elmi qrantların qalibi olmuşam.

Son illərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzdində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən elmi mükafat proqramında iştirak etmişəm. Təəssüf ki, keçid balını toplamağıma baxmayaraq ardıcıl iki ildir ki, bu müsabiqədə haqsızlığa məruz qalıram və mükafatlandırılmıram.

Belə ki,

•2024-cü ildə keçid balı 10 olduğu halda mən 14.9 bal toplamışam.

•2025-ci ildə isə keçid balı 2 olduğu halda mənim balım 2.26 olub.

Hər iki halda lazım olan balı toplasam da, mükafatlandırılmamışam. Halbuki, mükafat alanlar arasında eyni şəxslər ardıcıl olaraq təkrarlanır. Bu, elmi qiymətləndirmədə şəffaflığın və obyektivliyin pozulduğunu göstərir.

Cənab Prezident;

Sizin təşəbbüsünüzlə elmi məlumat bazalarına çıxış üçün dövlət büdcəsindən 1.5 milyon manat ayrılıb. Mənim Scopus bazasında 3 elmi məqaləm qeydiyyatdadır və bu, rəsmi şəkildə təsdiqlənib. Lakin bu məqalələr heç bir şəkildə nəzərə alınmayıb və mən mükafatlandırma sistemindən kənarda saxlanılmışam.

Mənim H-index göstəricim 14-dür. Bu isə o deməkdir ki, ən azı 14 məqaləmə istinad olunub. Bu göstərici ölkə üzrə bir çox akademikdən üstündür. Lakin buna baxmayaraq, elmi fəaliyyətim layiqincə qiymətləndirilmir.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, agentlikdə məsul şəxslər — Babək Əlibəyov, İltifat İbrahimov və başqaları ilə dəfələrlə görüşsəm də, heç bir əsaslandırılmış cavab almamışam. Yazılı şəkildə Ülkər Səttarovaya da müraciət etmişəm, lakin artıq 3 aydır cavab verilmir.

Cənab Prezident,

Sizə, ölkənin ali rəhbəri kimi üz tutaraq, ədalətin bərpa olunması üçün aşağıdakı məsələlərə baxmağınızı xahiş edirəm:

1.2025-ci il üzrə mükafatlandırma prosesinin şəffaf şəkildə yenidən qiymətləndirilməsi;

2.Mənim elmi göstəricilərimin obyektiv şəkildə nəzərə alınaraq mükafatımın -6000 manatın tam şəkildə ödənilməsi;

3.Prosesdə iştirak edən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər barədə araşdırma aparılması;

4.Elmi mükafatlandırma sisteminin gələcəkdə beynəlxalq praktikaya uyğunlaşdırılması və H-index kimi obyektiv göstəricilərin əsas götürülməsi.

Əminəm ki, Sizin rəhbərliyiniz altında ölkədə şəffaflıq və ədalət prinsipləri daim üstün tutulur. Mən də bu prinsiplərə arxalanaraq haqqımın bərpa ediləcəyinə ümid edirəm.

Mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci il üçün elmi iş müəlliflərinin mükafatlandırılması qaydasına əsasən, 2019-2024-cü illəri əhatə edən dövrdə Scopus və Web of Science bazalarının hər birində minimum 3 məqaləsi olan və müəllif balı azı 2.00 olan tədqiqatçılar qiymətləndirməyə daxil edilir. Müəllif balı Q, FWCI, CNCI və TOP10% jurnallarda nəşr göstəricilərinə əsasən hesablanır.

Elman Şahverdiyevin müəllif balı 2025-ci ilin yanvar-aprel aylarında 0.75 təşkil etdiyindən, müəssisə tərəfindən mükafat alanlar sırasına daxil edilməyib.

Ötən il tətbiq olunan qaydalara əsasən qiymətləndirmə Scopus tərəfindən tərtib edilmiş Azərbaycan üzrə Top500 müəllif siyahısı əsasında aparılıb və yalnız bu siyahıda yer alan tədqiqatçılar mükafatlandırılıb. Elman Şahverdiyev həmin siyahıya daxil olmadığından, 2023-cü ildə də mükafat alanlar siyahısında yer almayıb və hər iki ildə E. Şahverdiyev tərəfindən edilən vətəndaş müraciətləri mövcud qaydalara uyğun şəkildə cavablandırılıb.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri