Icma.az
close
up
RU
AZƏRBAYCANLI ALİMLƏRİMİZ BİZİ SEVİNDİRDİ, AMMA... AzPolitika onlayn siyasiictimai qəzet

AZƏRBAYCANLI ALİMLƏRİMİZ BİZİ SEVİNDİRDİ, AMMA... AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Etibar ƏLİYEV

Türkiyənin İğdır Universitetində çalışan azərbaycanlı riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov “Navye-Stoks bərabərliyi”ni həll edib. 

Qeyd edək ki, “Navye-Stoks bərabərliyi” uzun illər həlli tapılmayan vacib, klassik məsələlər olan 7 riyazi problemdən biridir. Məlumat üçün bildirək ki, sözügedən 7 riyazi problemdən yalnız biri - “Puankare hipotezi” 2010-cu ildə yəhudi əsilli rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilib. Bu işə görə Perelmana riyaziyyatdan Nobel mükafatına bərabər tutulan Filds medalı verildi. Lakin böyük riyaziyyatçı mükafatdan imtina etdi. 

Kamal Soltanova Filds medalı düşmür, çünki bu medal 40 yaşına qədər olan böyük riyaziyyatçılara verilir. Şübhəsiz ki, K. Sultanovun işinə dünyanın böyük riyaziyyatçıları qiymət verəcək. Sadəcə gözləmək lazımdır. Dünya şöhrətli azərbaycanlı alim, Münhendəki Helmholtz Mərkəzinin professoru, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada fəaliyyət göstərən riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb.

Azərbaycan Dövlət Universitetində (indiki BDU) oxuduğumuz illərdə molekulların kvant mexanikası üzrə böyük alim İsrafil Hüseynovla rastaşırdıq. Təssüflər osun ki, 1996-cı ildə Azərbaycanı tərk etdi. İndi onun 90 yaşı var. Ölkədə qalsaydı dövrümüzün əsas elmlərindən biri üzrə xeyli sayda mütəxəssis yetişdirmiş olardı. Bu alimlərin çalışdığı ölkələrdə saysız-hesabsız böyük alimlər çalışır. Bizim isə böyük alimlərə ehtiyacımız var. Azərbaycanı xaricdə təmsil etmək yaxşı işdir, amma ən yaxşı iş məmləkətdə çalışmaqdır. 10-larla böyük alimimiz dünyanın aparıcı universitetlərində çalışırlar. Yeni elmi istiqamətlər yaradırlar. Biz isə onların yolunu gözləyirik. Gözümüzün kökü saralıb: onların əksəriyyətinin yaşı 70-i haqlayıb. Gəlin etiraf edək, tələbə qarşısına çıxarılacaq əsl alimlərimiz yox səviyyəsindədir.

Bir örnək yazacam: Fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorov 1987-1993-cü illərdə məşhur A. İoffe adına Fizika-texnika İnstitutunun direktoru vəzifəsində çalışıb. Nobelçi fizik 6 ildən sonra könüllü istefa verdi və səbəbini belə izah etdi: “Evimizin yanında orta məktəbdə fizika dərsi deyəcəm. Ölkədə çoxsaylı gənc fiziklərin yetişməsinə böyük ehtiyac var”. Alfyorova dünyanın bütün aparıcı universitetlərinin və tədqiqat mərkəzlərinin qapısı açıq idi, lakin böyük fizik ölkəsindəki orta məktəbi seçdi. Alfyorovun bu hərəkəti əsl vətənpərvərlik nümunəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri