Azərbaycanlı alpinist Everest və Lhotse sertifikatlarının təqdimatını edib
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Beynəlxalq Dağlar Günündə Azərbaycanın alpinistlik tarixində ilkə imza atılıb.
SİA xəbər verir ki, azərbaycanlı alpinist Vəfa Musayeva (Qəhrəman) Everest (8 848 metr) və Lhotse (8 516 metr) zirvələrinə qalxış sertifikatlarını ölkədə ilk dəfə olaraq rəsmi şəkildə təqdim edib.
O, təqdimat zamanı bildirib ki, əsas məqsədi bu uğuru Azərbaycan ictimaiyyəti ilə bölüşməkdir. V. Musayeva bu il keçirilən eyni ekspedisiya çərçivəsində hər iki zirvəyə ardıcıl qalxaraq Azərbaycan alpinistləri, xüsusilə də qadın idmançılar arasında bir ilkə imza atıb. Everest və Lhotse zirvələrinə bir ekspedisiyada qalxmaq dünya üzrə az sayda qadının nail olduğu nəticədir.
Musayevanın dağçılıq fəaliyyəti yerli zirvələrdən — Bazardüzü, Şahdağ, Tufandağ və digər dağlardan başlayıb.
Qeyd edək ki, Everest zirvəsinə ayaq basan ilk qadın alpinist 1976-cı ildə Yaponiyadan olan Dyunko Tabey olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















