Ölkədə yeni standart təsdiqləndi Bir çox müəssisəyə təsir edəcək
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda neft, neft-kimya və təbii qaz sənayesində keyfiyyətin idarə edilməsi ilə bağlı yeni dövlət standartı qəbul olunub.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 29001:2026 dövlət standartı beynəlxalq ISO 29001:2020 standartı əsasında təsdiqlənib.
Yeni standart neft, neft-kimya və təbii qaz sənayesində məhsul və xidmətlərin istehsalı, təchizatı və təqdim edilməsi ilə məşğul olan təşkilatlarda keyfiyyətin idarə edilməsi sisteminin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsi üzrə tələbləri müəyyən edir. Elektronika məhsulları
Standartın tətbiqi müəssisələrdə proseslərin təkmilləşdirilməsinə, əməliyyat səmərəliliyinin artırılmasına və fəaliyyətin beynəlxalq tələblərə uyğunlaşdırılmasına xidmət edəcək.
Qeyd edək ki, yeni dövlət standartı AZSTAND-ın nəzdində fəaliyyət göstərən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Noyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















