Icma.az
close
up
RU
Azərbaycanlı gimnastlar final mərhələlərində

Azərbaycanlı gimnastlar final mərhələlərində

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliyanın Portimao şəhərində keçirilən Batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatı ölkəmiz üçün qürurverici anlarla yadda qalıb. Sport24.az xəbər verir ki, Azərbaycan bu mötəbər yarışda gənclər və böyüklər yaş kateqoriyasında ümumilikdə 23 gimnastla təmsil olunur və idmançılarımız artıq ilk mərhələlərdən etibarən uğurlu nəticələr göstərməyi bacarıblar.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə Selcan Mahsudova, Maqsud Mahsudov, Nicat Mirzəyev, Hüseyn Abbasov, Ammar Baxşalıyev və Fərhad Mustafayev fərdi proqramda yarımfinal və final mərhələlərinə yüksəliblər.

Komanda yarışlarında isə gənclər arasında Fərhad Mustafayev, Ömər Qasımlı, Muhamməd Həsənli və Ammar Baxşalıyev, böyüklər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov, Əli Niftəliyev və Mehdi Əliyev uğurlu çıxışları ilə finala vəsiqə qazanıblar. Final mərhələsində böyüklərdən ibarət komanda 4-cü pillədə qərarlaşıb.

 

Sinxron proqramlarda da gimnastlarımız yüksək nəticələr göstəriblər. Kişilər arasında Ammar Baxşalıyev – Fərhad Mustafayev və Maqsud Mahsudov – Hüseyn Abbasov cütlükləri, qarışıq sinxronda isə Ayan Şabanova və İbrahim Mustafazadə növbəti mərhələlərə yüksəliblər.

İkili-mini batut üzrə Ammar Baxşalıyev, Ömər Qasımlı, Muhamməd Həsənli və Nikita Koleşnikov komanda hesabında finala vəsiqə qazanıblar. Ammar Baxşalıyev fərdi proqramda da final mərhələsində mübarizə aparacaq.

Bu çempionat Azərbaycan gimnastikası tarixində yeni bir səhifə açır: gimnastlarımız ilk dəfə olaraq həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında, eləcə də ikili-mini batut üzrə gənclər arasında finala yüksəlməyi bacarıblar.


Tamblinq üzrə də uğurlar davam edir. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov komanda hesabında finala vəsiqə qazanıblar. Mixail Malkin və Tofiq Əliyev fərdi proqramda da final mərhələsində yer alıblar. Final çıxışında isə komandamız gümüş medal qazanaraq bayrağımızı zirvəyə bir addım daha yaxınlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Aprel 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri