Azərbaycanlı hakim FIBA tərəfindən təşkil olunan İllik Milli İnstruktur Klinikasında iştirak edib
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanlı hakim Ələkbər Həsənov Yunanıstanın Saloniki şəhərində Beynəlxalq Basketbol Federasiyası (FIBA) tərəfindən təşkil olunan İllik Milli İnstruktur Klinikasında (ANIC 2025) iştirak edib. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Klinika çərçivəsində Ələkbər Həsənov il ərzində baş tutmuş rəsmi oyunlarda yerli hakim idarəçiliyindən danışıb və həmçinin ölkə daxilində keçirilmiş hakimlik seminarları barəsində tədbir iştirakçılarına məlumat verib.
Beynəlxalq görüş zamanı qarşıdan gələn basketbol mövsümündə tətbiq olunacaq yeni qaydalar və onların hakim idarəçiliyinə təsiri ətraflı müzakirə olunub.
Eyni zamanda, 2025/2026 mövsümündə yerli hakimlər üçün təşkil ediləcək seminarların məzmunu və əsas istiqamətləri üzrə hakimlərə metodiki tövsiyələr verilib.
Qeyd edək ki, FIBA-nın təşkil etdiyi bu klinika beynəlxalq basketbol qaydalarının vahid şəkildə tətbiqinə, hakimlərin peşəkar hazırlığının artırılmasına və ölkələr arasında təcrübə mübadiləsinin gücləndirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 02 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















