Yerin daxili nüvəsi düşünüldüyü kimi deyil Alimlərdən inqilabi kəşf
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin alimləri Yerin bərk daxili nüvəsinin əvvəllər güman edildiyindən daha yumşaq və dinamik olduğunu müəyyən ediblər.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, Siçuan Universitetinin tədqiqatçıları bu nəticəyə laboratoriya eksperimentləri zamanı gəliblər.
Araşdırma nəticəsində məlum olub ki, ekstremal istilik və təzyiq altında karbon atomları dəmir qəfəsində sərbəst hərəkət edir (miqrasiya edir). Alimlərin "superion vəziyyəti" adlandırdığı bu proses nüvənin sərtliyini azaldır və seysmik dalğaların sürətini təxminən 23% aşağı salır.
Bu kəşf seysmoloqların uzun illərdir cavab axtardığı "Yerin daxili nüvəsi niyə seysmik dalğaları ləngidir?" sualına aydınlıq gətirib. Təcrübələr göstərib ki, daxili nüvənin tərkibindəki yüngül elementlərin hərəkəti həm də Yerin maqnit sahəsinin yaranmasında rol oynayır.
Tədqiqatda həmçinin qeyd olunur ki, qədim dövrlərdə (Proterozoy erası) Yerdə sutkanın uzunluğu təxminən 19 saat təşkil edib. Buna səbəb atmosfer qabarmalarının Ayın Yeri yavaşıtma təsirini kompensasiya etməsi olub.
Oxunub 30
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 25 Yanvar 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















