Icma.az
close
up
RU
Qulu Məhərrəmli: Şuranın hesabatı televiziyalarımızın real mənzərəsini göstərir

Qulu Məhərrəmli: Şuranın hesabatı televiziyalarımızın real mənzərəsini göstərir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Audiovizual Şuranın hesabatı televiziyalarımızın real mənzərəsini göstərir. Bu datalarda televiziyaların məzmun və format baxımından nələrə üstünlük verdiyi aşkar görünür”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib.

Uzun illər televiziyada məsul vəzifələrdə çalışmış, Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası, həmçinin Multimedia və elektron kommunikasiya kafedralarının professoru olan Qulu Məhərrəmli sözügedən hesabatda onu həm sevindirən, həm də kədərləndirən məqamlar olduğunu dedi:

- Məni çox məmnun edir ki informasiya və analitik proqramların xüsusi çəkisi artıqdır. Cəmiyyətin informasiyaya olan tələbatının, ən azından kəmiyyət baxımından ödənilməsi diqqəti cəlb edir. O proqramların necə, hansı kriteriyalar əsasında hazırlandığını, tamaşaçı tələbatına cavab verib-vermədiyi haqqında dəqiq nəsə demək mümkün deyil, çünki bu dərin analiz tələb edir. Başqa datalar da tələb olunur bunun üçün. Amma məzmun, mövzu baxımından informasiya, analitik proqramların, tok-şoular da bura daxildir, bu diqqəti cəlb edir. Musiqi və əyləncə proqramları da üstünlük təşkil edir və ictimai-siyasi mövzulardan sonra ikinci yeri tutur. Buna da təbii baxmaq lazımdır. Bu datalar içərisində maarifçi proqramların və sosial yönümlü proqramların nisbətən az yer tutması düşündürücüdür. Bu səpkili proqramlara, tamaşaçı səsinin eşidilməsinə, qayğı və problemlərinin ekranda göstərilməsinə bu gün böyük ehtiyac var və televiziyalar fəaliyyətlərində buna diqqət yetirməlidir. 

Ən acınacaqlı və təəsüf doğuran hal uşaq proqramlarının çox az olmasıdır (1,10 faiz), deyən Q.Məhərrəmli qeyd etdi ki, bunun üzərində mütləq düşünmək lazımdır: 

- Yaxşı olar ki, gələcəkdə bu cür monitorinqlər aparıldıqda büdcədən maliyyələşən televiziyalarla özəl televiziyaların monitorinqi ayrıca aparılsın. Məzmun, janr və format baxımından. Bəlli səbəbdən özəl televiziyalar əyləncəyə daha çox meyllidir. Büdcədən maliyyələşən televiziyalarda isə maarifçi proqramlar var, gənclər üçün proqramlar var. Və bunlar ümumi televiziya mənzərənin yaradılmasında müəyyən rol oyanayırlar. Bu datalar düşünmək və televiziyaların strategiyasını duymaq, qiymətləndirmək baxımından əhəmiyyətlidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Yanvar 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri