Azərbaycanlı hakimlər kənarda qaldı
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Avropa Voleybol Konfederasiyası (CEV) avqustun 21-dən 28-dək Bakıda təşkil olunacaq qadın voleybolçular arasında Avropa çempionatının qarşılaşmalarında hakimlərin siyahısını bəyan edib.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Matçları idarə edəcək heyət 7 müxtəlif ölkəni təmsil edən beynəlxalq dərəcəli hakimlərdən formalaşdırılıb:
Qoren Roy (İsrail) – Baş hakim (referilərin işinə nəzarət edəcək)
Vladimir Çvetkoviç (Serbiya) – “Challenge” (Çelenc) üzrə hakim
Erdal Akıncı (Türkiyə) – Hakim
Helena Persson (İsveç) – Hakim
Mikele Brunelli (İtaliya) – Hakim
Bartlomey Adamçık (Polşa) – Hakim
Dominik Bieqaylo (Böyük Britaniya) – Hakim
CEV-in reqlamentinə görə, çempionata ev sahibliyi edən ölkənin referiləri turnirin matçlarına təyinat ala bilməzlər. Bu səbəbdən azərbaycanlı hakimlər paytaxtımızda baş tutacaq C qrupunun oyunlarında iş başında olmayacaqlar.
C qrupunun bütün qarşılaşmalarında “Challenge” sistemindən istifadə ediləcəyi üçün yan xətt hakimləri cəlb olunmayacaq. Avropa çempionatlarında xətt hakimləri sonuncu dəfə 2019-cu ildə iş başında olublar.
Baxış sayı:119
Bu xəbər 18 Avqust 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















