Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir XƏBƏRDARLIQ
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dumanlı hava şəraiti avtomobil yollarında hərəkəti çətinləşdirən və qəza riskini artıran əsas amillərdən biridir. Xüsusilə magistral və rayon yollarında görünüş məsafəsinin azalması sürücülərin təhlükəni vaxtında görməsinə və düzgün reaksiya verməsinə mane olur. Belə hallarda sürət həddinin və ara məsafəsinin düzgün tənzimlənməsi, eləcə də əlavə təhlükəsizlik tədbirlərinin görülməsi xüsusi əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, dumanlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra məsələlər müzakirə olunur. Bəs belə hava şəraitində qəzaların qarşısını almaq üçün sürücülər və aidiyyəti qurumlar hansı addımları atmalıdır?
Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, dumanlı hava şəraitində sürücülərin işi xeyli çətinləşir:

''Belə havalarda sürücüyə avtomobilin sürəti olduğundan daha az görünə bilər. Buna görə də sürət həddini artırmaq olmaz, mütləq ara məsafəsi saxlanılmalıdır. Dumanın həddindən artıq sıx olduğu hallarda ən yaxşı çıxış yolu avtomobili hərəkət hissəsindən kənarda, təhlükəsiz yerdə saxlamaqdır. Lakin yolun çiynində dayanmaq da təhlükəlidir. Çünki arxadan gələn avtomobillər yolu və qarşıdakı nəqliyyat vasitəsini vaxtında görməyə bilər. Buna görə də yanacaqdoldurma məntəqəsi və ya yoldan kənarda yerləşən təhlükəsiz dayanacaq tapmaq lazımdır. Avtomobil saxlanıldıqda qəza işıqları, eləcə də duman əleyhinə işıqlar və ya yaxın işıqlar yandırılmalıdır. Bu, arxadan gələn sürücülərin dayanmış avtomobili vaxtında görməsi baxımından vacibdir. Dumanlı havada uzaq işıqlardan istifadə etmək qətiyyən düzgün deyil. Çünki işıq duman hissəciklərindən əks olunaraq sürücünün qarşısında sanki işıqlı divar yaradır və görünüş məsafəsini daha da məhdudlaşdırır. Duman əleyhinə işıqlar isə aşağı istiqamətdə yerləşdiyindən yol səthini daha yaxşı işıqlandırmağa kömək edir''.
Mütəxəssis qeyd edib ki, bundan başqa, dumanlı havada avtomobilin şüşələri də buğlana bilər:
''Bunun qarşısını almaq üçün havalandırma sistemini işə salaraq hava axınını ön şüşəyə yönəltmək, zərurət olduqda şüşə qızdırıcısından və şüşəsilənlərdən istifadə etmək lazımdır. Çünki şüşənin üzərində yaranan nəmlik də sürücünün yolu görməsinə mane olur. Yol infrastrukturunun da bu məsələdə mühüm rolu var. Xüsusilə gecə saatlarında hərəkət zamanı yolun üzərindəki xətlərin və nişanlanmaların işığı əks etdirən materiallarla çəkilməsi sürücülər üçün böyük üstünlük yarada bilər. Bir çox xarici ölkələrdə istifadə olunan bu cür nişanlanmalar avtomobilin işıqlarını əks etdirərək yolun daha aydın görünməsinə kömək edir. Belə tədbirlərin tətbiqi dumanlı hava şəraitində hərəkətin təhlükəsizliyinin artırılmasına və qəzaların azalmasına töhfə verə bilər''.
Fatimə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 17 Noyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















