Azərbaycanlı həkimlər azyaşlının biləkdən amputasiya olan əlini xilas etdilər
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səhiyyə Nazirliyinin məlumatına görə, əli ətçəkən maşına ilişərək aldığı ağır xəsarətdən sonra 3 yaşlı oğlanın sol əli bərpa olunub. Uşaq hadisədən təxminən yeddi saat sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Təkmilləşdirilmiş Tibbi Tədqiqatlar İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına yerləşdirilib.
Ötən gün yayılan məlumatda bildirilirdi ki, xəsarət nəticəsində oğlanın sol biləyinin və metakarpal sümüklərinin, eləcə də metakarpofalqanqal oynaqlarında baş barmağın, şəhadət barmağının, orta barmağının və üzük barmaqlarının ağır travmatik amputasiyası baş verib.
Uşağın klinik vəziyyəti qiymətləndirildikdən sonra əməliyyata təcili hazırlıq aparılıb və yüksək ixtisaslı mikrocərrahiyyə qrupu mürəkkəb rekonstruktiv əməliyyatı həyata keçirib.
Təxminən səkkiz saat davam edən əməliyyat zamanı rekonstruksiyanın bütün mərhələləri uğurla başa çatdırılıb. Əməliyyatdan sonra xəstə 24 saat reanimasiya şöbəsində reanimasiyada saxlanılıb və əməliyyatdan sonrakı ikinci gündə palataya köçürülüb.
Uşağın vəziyyəti hazırda qənaətbəxş kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 04 Sentyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















