Azərbaycanlı həkimlər Qırğızıstan vətəndaşının həyatını xilas etdilər Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Həkimlər paytaxtdakı xəstəxanalardan birinə huşsuz vəziyyətdə yerləşdirilən Qırğızıstan vətəndaşı Mirbek İdrisovun həyatını xilas ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə o özü bildirib. Sözügedən şəxs video yayaraq onu həyata qaytaran Sabunçu Tibb Mərkəzinin həkimlərinə təşəkkür edib.
"Təyyarə ilə Bişkekə uçurdum. Transferdən əvvəl huşumu itirdim, başıma nə gəldiyini xatırlamıram, bütün personala təşəkkür edirəm".
Məlumat üçün bildirək ki, 1976-cı il təvəllüdlü Mirbek İdrisov 24.12.2024-cü il tarixində dəqiqləşdirilməmiş qıcolma tutulmaları, ürəyin qəflətən dayanması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi yardımlar göstərilib və yaxşılaşma ilə ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabil qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















