Azərbaycanlı hüquqşünas qızın Tbilisidə uğur hekayəsi
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gürcüstanda yaşayan soydaşlarımız arasında elə gənclər var ki, yüksək səviyyəli təhsil alaraq qarşılarına qoyduqları məqsədlərə çatırlar. Addım-addım məqsədinə doğru irəliləyir, qarşılaşdıqları çətinliklər onları qorxutmur, yolundan çəkindirmir. Gürcüstanda hüquq sahəsində çalışan Tamilla Cəfərova belə gənclərdəndir.
Tamilla Cəfərova orta təhsilini Gürcüstanın Rustavi şəhərində gürcü dilində alıb. Elə məktəb illərindən də hüquqşünas olmaq arzusu ilə yaşayıb. Eyni zamanda, ana dilini də mükəmməl mənimsəmək üçün Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin Azərbaycan dili kurslarına qoşulub. Mərkəzdə təşkil olunan dərslərdə fəallığı və həvəsi ilə seçilən Tamilla qısa müddət ərzində Azərbaycan dilinin qrammatikasını, yazılı və şifahi nitq mədəniyyətini dərinliklərinə qədər mənimsəyib.
Bu gün T.Cəfərova həm gürcü, həm də Azərbaycan dillərini mükəmməl səviyyədə bilən gənc mütəxəssis kimi cəmiyyətə inteqrasiya edərək öz arzusunu reallaşdırıb.
Məktəbi qızıl medalla bitirən Tamilla Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Universiteti fərqlənmə diplomu bitirən gənc qız magistr təhsilini xaricdə almaq qərarına gəlib. Valideynləri də onun bu qərarına hörmətlə yanaşıblar. Beləliklə o, Almaniyada təhsilini davam etdirib. Orada süni intellektin tənzimlənməsi mövzusunda magistr işi yazarkən həyata başqa bir prizmadan baxmağı öyrənib.
Bu gün “Borjomi” şirkətində hüquqşünas kimi fəaliyyət göstərən Tamilla Cəfərova, eyni zamanda, Gürcüstan və Avropa İttifaqı miqyasında fəaliyyət göstərən ondan çox şirkətin məlumatların mühafizəsi üzrə müvəkkili (DPO) kimi çalışır, xəstəxanaların, texnologiya şirkətlərinin və təhsil müəssisələrinin hüquqi uyğunluq proseslərini idarə edir. O, soydaşlarımızın üzləşdiyi problemlərin həllində də onlara lazımi köməklik göstərir.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 Sentyabr 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















