Azərbaycanlı jurnalistlər Xivədə “Nurullaboy” saray kompleksini ziyarət edib FOTO
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycanlı media nümayəndələrinin Özbəkistana səfəri çərçivəsində jurnalistlər Xivə şəhərində yerləşən tarixi “Nurullaboy” saray kompleksini ziyarət ediblər.
APA-nın Xivəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, ziyarət zamanı jurnalistlərə kompleksin tarixi və memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.
Azərbaycanlı jurnalistlər sarayın bərpa prosesi, turizm potensialı və bölgənin müasir turizm strategiyası barədə də məlumatlandırılıblar.
Bildirilib ki, “Nurullaboy” kompleksi XX əsrin əvvəllərində Xivə xanı Məhəmməd Rəhimxan II tərəfindən tikilib və burada xan ailəsinin rəsmi qəbul evi, beş daxili həyət, sənətkarlıq emalatxanaları və “Xudoyberqan Devonov” qalereyası yerləşir.
Media nümayəndələri həmçinin Özbəkistanın ilk fotoqrafı hesab olunan Xudoyberqan Devonovun irsi və onun çəkdiyi nadir tarixi fotolardan ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, səfər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində həyata keçirilir. Səfərin məqsədi Xivə bölgəsinin zəngin mədəni və tarixi irsini yerində araşdırmaq, həmçinin Azərbaycan ictimaiyyətinə bu unikal abidələri daha geniş tanıtmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 04 Noyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















