Icma.az
close
up
RU
Azərbaycanlı məşhurlar efirləri hədəf aldı: təbii proses, yoxsa kampaniya?

Azərbaycanlı məşhurlar efirləri hədəf aldı: təbii proses, yoxsa kampaniya?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ötən gündən etibarən televiziya kanallarının fəaliyyəti ilə bağlı açıq çağırışlar başlayıb. Belə ki, müğənnilər, instrumentalistlər və bəzi aparıcılar efirlərin məzmununu tənqid edərək bayağı ifaçıların dəvət olunduğunu, məzmunsuz mövzulara üstünlük verildiyini bildirirlər. Onların sözlərinə görə, proqramların təxminən 90 faizində yalnız ailə-məişət və şəxsi məsələlər müzakirə olunur ki, bu da tamaşaçılar arasında narazılıq doğurur.

Bu çıxışlar kampaniyadır, yoxsa təbii prosesdir?

Globalinfo.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, telekanallarda da müəyyən problemlər mövcuddur:

“Son illər dünyada müşahidə olunan iqtisadi eniş reklam və biznes gəlirlərinə təsirsiz ötüşməyib. Bu azalma televiziya sektorunda da hiss olunur. İqtisadi vəziyyət yaxşılaşdıqca reklamçıların sayı artır, kanallara daha çox vəsait daxil olur və bunun müqabilində televiziya məhsulları daha da təkmilləşir, yüksək estetik tələblərə cavab verən verilişlər hazırlanır. Müğənni, sənətçi və aparıcı hər kəs öz işi ilə məşğul olmalıdır. Telekanallarda verilişlərin səviyyəsini aşağı salan bəzən elə efirdə özünü mömin kimi təqdim edib, lakin qeyri-etik ifadələr işlədən aparıcılar deyil? Bir çox müğənnilərin toylarda, restoranlarda və müxtəlif kef məclislərindən yayılan əbəbsiz görüntüləri televiziyada yayımlanmır. Bu halların məsuliyyətini birbaşa efirin üzərinə qoymaq doğru deyil. Telekanallar son dövrlər müəyyən inkişaf yolu keçib. Sosial, şou-biznes, mədəniyyət, maarifçilik və vətənpərvərlik istiqamətində çoxsaylı proqramlar, canlı efir məhsulları hazırlanır. Bu verilişlər bu günün, gələcəyin və tarixin elektron vizual-səsli arxivi kimi mədəniyyətimizin bir hissəsinə çevrilir. İş olan yerdə çatışmazlıqların olması da təbiidir”.

Yazıçı-kulturoloq bildirib ki, telekanallar rəsmi şəkildə müvafiq qurumların ciddi nəzarəti altındadır:

“Canlı yayımlar ən azı 5 dəqiqə gecikmə ilə təqdim olunur ki, mümkün texniki və ya etik pozuntuların qarşısı alınsın. Efirdə səslənən hər hansı yanlış fikir qəsdən deyil, texniki və ya fərdi məsuliyyətsizlikdən qaynaqlana bilər. Studiyaya dəvət olunan ekspertin, müğənninin və ya aparıcının qeyri-etik davranışına görə bütün məsuliyyəti kanala yükləmək ədalətli yanaşma deyil. Tez-tez telekanallarda vəziyyətin ürəkaçan olmadığı deyilir. Halbuki Azərbaycan tamaşaçısı milli efirə qayıdıb, yerli kanalların hazırladığı proqramlara maraq göstərir. Vaxtilə Rusiya, İran, Türkiyə, Avropa və ABŞ istehsalı olan məhsullar bazarda üstünlük təşkil edirdi. Hətta yüksək səviyyəli intellektual proqramlar belə xarici auditoriya üçün hazırlanır və həmin ölkələrin ideoloji, milli-kreativ kodlarını daşıyır. Bu məhsullara böyük rəğbət göstərildiyi halda, nədənsə yerli proqramlara qarşı daha sərt münasibət sərgilənir. Keyfiyyətli veriliş axtaran tamaşaçı üçün dövlət və ictimai televiziya başda olmaqla aparıcı kanallarda neo-maarifçilik və milli-mənəvi dəyərlərə əsaslanan proqramlar mövcuddur. Mədəniyyət yönümlü kanallar fəaliyyət göstərir. Tamaşaçının əlində pult var və seçim imkanı genişdir. Hansı kanala, hansı verilişə baxmaq qərarını tamaşaçı özü verir”.

Aydın Xan Əbilov

Ekspert qeyd edib ki, reytinq sistemi baxış sayına əsaslanır və reklam bazarı da bu göstəricilərə uyğun formalaşır:

“Cəmiyyət hansı məzmuna üstünlük verirsə, reklamçı da məhsulunu həmin auditoriyaya yönəldir. Uşaq bezindən ərzaq məhsullarına qədər müxtəlif xidmət və malların təqdimatı məhz baxış sayına uyğun planlaşdırılır. Bu, iqtisadiyyatın dəyişməz qanunudur: tələb varsa, təklif də var. Televiziya da bu təklifin reallaşdırıldığı məkanlardan biridir. Eyni zamanda, internet və sosial şəbəkələr cəmiyyətin əlindədir. Televiziyanı tənqid edənlər sosial mediada da öz davranışlarına nəzər salmalıdırlar. Aparıcı, müğənni və ya sənətçi haqqında minlərlə şərhlər yazılır. Ölkənin hər yerində müşahidə kameraları, hər kəsin əlində smartfon var və istənilən davranış qısa müddətdə sosial şəbəkədə yayılır. Zərurət yarandıqda bu faktlar həm ictimaiyyətə, həm də aidiyyəti qurumlara təqdim olunur. Hazırda müvafiq dövlət qurumları həm sosial mediada, həm də televiziyalarda baş verən aşınmaların qarşısını almaq üçün addımlar atır. Cərimələrlə yanaşı, hüquqi məsuliyyət tədbirləri də tətbiq edilir. İctimai məkanda məsuliyyətsiz ifadələr işlədən şəxslər inzibati məsuliyyətə cəlb olunmalıdır.

Telekanallar mədəniyyətimizin ayrılmaz hissəsidir və inkişaf prosesində öz rolunu oynayır. Milli efirin yerli məhsullarla zəngin olması sevindirici haldır. Tamaşaçı baxırsa, reaksiya verir və hətta tənqid edirsə, bu da efirin canlı və təsirli olduğunu göstərir. Biz informasiya məkanımızı zəiflətməməliyik. Əks halda, yerli kanalların zəifləməsi xarici kanalların təsirinin artmasına səbəb ola bilər. Bu isə gənc nəslin xarici media və ideoloji təsir altına düşməsi riskini artırar. İnformasiya müharibəsinin getdiyi bir dövrdə bu, ciddi təhlükədir. Bizə bu lazımdır?”.

Qeyd edək ki, teleaparıcı Nailə İslamzadə, müğənni Səidə Sultan, klarnet ifaçısı Hüseyn Məmmədoğlu, bəstəkar-müğənni Murad Arif və bir sıra məşhurlar son zamanlar telekanallarda retinq xatirinə yaşanan rəzilliyi, səviyyəsizliyi kəskin tənqid ediblər.

Ləman İmran
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Fevral 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri