Icma.az
close
up
RU
Erməni diasporu azərbaycanlı alimi hədəf aldı

Erməni diasporu azərbaycanlı alimi hədəf aldı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Latın Amerikasında fəaliyyət göstərən və ispandilli auditoriyaya yönəlmiş "SoyArmenio” platformasında azərbaycanlı alim Zaur Əliyevin əleyhinə məqalə dərc olunub.

Qaynarinfo xəbər verir ki, dərc olunan məqalədə onun elmi fəaliyyəti və beynəlxalq akademik mühitdə apardığı araşdırmalar erməni diasporu tərəfindən hədəfə alınıb.

Məqalədə iddia olunur ki, Zaur Əliyev müxtəlif elmi jurnallarda dərc etdirdiyi yazılarda "Ermənistan ərazisi"ni Qərbi Azərbaycan kimi təqdim edir və regionun tarixi irsinə alternativ baxış ortaya qoyur. Platforma müəllifin fəaliyyətini "akademik pərdə altında siyasi təbliğat” kimi qiymətləndirir.

Bununla yanaşı, yazıda qeyd edilir ki, azərbaycanlı tədqiqatçı Latın Amerikası ölkələrində elmi müstəvidə aktiv fəaliyyət göstərərək Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırmağa nail olub. Xüsusilə onun məqalələrinin müxtəlif dillərə tərcümə olunaraq yayılması erməni diasporunun informasiya təsirinə alternativ yaratdığı kimi təqdim edilir.

Materialda həmçinin vurğulanır ki, Zaur Əliyev arxiv sənədlərinə əsaslanan araşdırmaları ilə regionun tarixi ilə bağlı mübahisəli məqamları gündəmə gətirir. Bu fəaliyyətin erməni diasporu tərəfindən narahatlıqla qarşılandığı və bəzi qurumların onun yazılarının yayımlandığı platformalara təsir göstərməyə çalışdığı iddia olunur.

Məqalədə qeyd edilir ki, müəllifin əsas fəaliyyət istiqamətlərindən biri də Cənubi Qafqazın tarixi, mədəni irsi və demoqrafik dəyişiklikləri ilə bağlı araşdırmalardır. Onun xüsusilə beynəlxalq akademik jurnallarda çıxış etməsi və konfranslarda iştirak etməsi diqqət çəkir.

Zaur Əliyev isə sosial şəbəkə hesabında paylaşdığı fikirdə bildirib ki, regionun tarixi siyasi şüarlarla deyil, obyektiv elmi yanaşma ilə araşdırılmalıdır:

"Cənubi Qafqazın tarixi tək bir millətə məxsus deyil. Biz onu obyektiv şəkildə öyrənməliyik. Elmi faktları şikayətlərlə rədd etmək olmaz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Aprel 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri