Icma.az
close
up
RU
“Azərbaycanlı olmağımla qürur duyuram”

“Azərbaycanlı olmağımla qürur duyuram”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Radcana Sultanova: “Azərbaycanı təmsil edən ilk qadın olaraq, mən Tatarstanda keçirilən “Mrs. Business Tatarıstan” yarışmasında birinci yer tutdum və Qran-Pri qazandım”

Bu gün xaricdəki azərbaycanlı xanımlar da ölkəmizi və xalqımızı layqincə təmsil edirlər. Onların əldə etdikləri uğurlar Azərbaycanın adını daha da yüksəklərə qaldırır. Bu baxımdan ölkəmizdə qonaq olan model və “Tərcümə dünyası” MMC-nin təsisçisi və direktoru Radcana Sultanova da təqdirəlayiq fəaliyyət göstərir. Xatırladaq ki, əslən azərbaycanlı olan Radcana Sultanova Tatarıstanın Kazan şəhərində doğulub. Orada böyüyüb boya-başa çatıb. Hazırda da Kazanda yaşayır və orada çalışır. Qəzetimizə müsahibəsində dediyi kimi, hər zaman millətimizi, dilimizi, ənənələrimizi, mədəniyyətimizi, musiqimizi sevir və təbliğ edir.

-Azərbaycana tez-tez gəlirsiz?

-Azərbaycanla daima əlaqəm var. Mənim atam azərbaycanlıdır, Gürcüstandan olub. Atam sağ olanda, biz tez-tez Azərbaycana gəlirdik, yay aylarını da hər zaman babamın və nənəmin yanında keçirirdik. Amma sonralar tez-tez gəlmək o qədər də mümkün olmurdu. Ancaq çalışıram ki, hər il Azərbaycana gəlim, bu dəfə də buradayam. Bu səfərin səbəbi də toydur, xalam qızının toyuna gəlmişik. Yeri gəlmişkən, Bakıda da gəzdik. Ümumiyyətlə, Azərbaycanda olmaq çox xoşuma gəlir, xüsusilə Azərbaycan mətbəxini çox sevirəm.

-Yaşadığınız ölkədə, fəaliyyətinizdə Azərbaycanı necə tanıdıb, təbliğ edirsiz?

-Həmişə birinci növbədə fəxr etmişəm ki, mən azərbaycanlıyam və hər zaman məqsədim Azərbaycanın adını yüksəltmək olub. İki övlad yetişdirmişəm və özümü hər bir sahədə yaxşı göstərmək istəmişəm. Çünki əvvəllər, o dövrdə mən oxuyanda Azərbaycanlı qadınların təhsili ilə bağlı çox da müsbət münasibət yox idi. Əslində, düzgün desək, qadınlar oxuduqda buna birmənalı yanaşmırdılar. Amma atam hər zaman deyirdi ki, mən mütləq oxumalıyam. Və mən onun bu arzusunu həyata keçirməyə çalışırdım. İki ali təhsilim var. Öncə Kazan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində, daha sonra isə İdarəetmə Universitetinin (TBYİ) Hüquq fakültəsində ali təhsil almışam.

Mən atamın arzusu ilə yaşadım və onun verdiyi təlimatlara görə həyatımı qurmağa başladım. 2004-cü ildə tələbə ikə öz biznesimi açdım və təxminən 20 ildir ki, bizneslə məşğul oluram. Hər zaman atamdan çox yaxşı tərbiyə almışam və bu dəyərləri öz həyatımda tətbiq etmişəm. O, mənə deyirdi ki, qadın özünü düzgün aparmalıdır. Bizim ailəmizin və millətimizin ənənələrinə uyğun şəkildə böyüdüm və bu prinsipləri qəbul edərək yaşadım.

-Bu yaxınlarda Cənubi Koreyada keçirilən Mrs.Universe-2024 (Dünya Gözəli) gözəllik müsabiqəsində qalib olmusuz. Necə oldu ki, bu yarışmaya qatıldız?

-Bu qərarı verməyimin əsas səbəbi, Azərbaycanı layiqincə təmsil etmək istəyim idi. Mən özümü tam olaraq azərbaycanlı olaraq hiss edirəm və bu missiyanı qürurla daşıyıram.

Mən böyük bir məsuliyyət daşıyırdım. Hamısını özüm səmimi şəkildə etdim və çalışdım ki, orada maksimum yadda qalım. Azərbaycan qadını olaraq özümü tanıtdım. 47 il ərzində ilk dəfə Azərbaycan bu müsabiqədə təmsil olundu. Düşünürəm ki, çox yaxşı nəticə göstərdim. İlk olaraq 114 ölkədən 25 qadın arasında yer aldım. Sonra isə ilk onluğa daxil olaraq 7-ci yeri tutdum. Bu, mənim üçün çox böyük bir nailiyyətdir və bununla qürur duyuram. Həyatda öz prinsiplərimə sadiq qalıram və öz bildiyim yoldan heç vaxt dönməmişəm. Bu səbəbdən, mənim üçün çox fəxredici bir məqamdır ki, bu mövqeni əldə etdim. Çalışdım, zəhmətimlə bu yeri qazandım və buna layiqəm.

Əminəm ki, Azərbaycanı ləyaqətlə təmsil etdim və beynəlxalq müsabiqənin bütün iştirakçılarını və tamaşaçılarını bu gözəl ölkə ilə mümkün qədər tanış etdim.

-Bundan öncə belə yarışmalarda iştirak edibsizmi? Ümumiyyətlə, bu kimi yarışmalarda azərbaycanlı olmağınızı nə dərəcədə göstərə bilirsiz?

-Azərbaycanı təmsil edən ilk qadın olaraq, mən Tatarstanda keçirilən “Mrs. Business Tatarıstan” yarışmasında birinci yer tutdum və Qran-Pri qazandım. Bu uğurumdan sonra Rusiyada təşkil edilən müsabiqəyə qatılmaq üçün dəvət aldım. Orada 16 regiondan 30 qadın iştirak edirdi və onların arasında mən birinci yerə layiq görüldüm. Müsabiqə təşkilatçıları mənə dedilər ki, gəl, səni xaricə göndərək. Mən də razılaşdım və nəticədə Azərbaycanı təmsil etmək qərarına gəldim.

-Gələcək planlarınızı da bilmək istərdik.

-Gələcək planlarım haqqında danışmaq istərdim. Əlbəttə ki, mən istəyirəm daha çox Azərbaycan millətinə və mədəniyyətinə xidmət edim, həmçinin daha çox beynəlxalq müsabiqələrdə iştirak edim. Mən düşünürəm ki, bu, yalnız Azərbaycanı təmsil etməklə deyil, eyni zamanda biznes sahəsində də irəliləmək deməkdir. Öz şəxsi brendimi inkişaf etdirirəm və hər yerdə başımı uca tutaraq fəxrlə deyirəm ki, mən azərbaycanlıyam. Tatarıstanda, demək olar ki, bizneslə məşğul olan birinci azərbaycanlı qadın olmuşam. Öz biznesimi yaratmışam və orada qadınların uğurunu dəstəkləyərək onlara yol göstərmişəm.

Gələcəkdə isə, daha da irəliləməyi düşünürəm. Mənim məqsədim yalnız öz uğurumla kifayətlənmək deyil, həm də biznes sahəsində və qadınların inkişafında daha çox yer almaqdır. Əgər Allahın qisməti olarsa, bu arzumu gerçəkləşdirəcəyəm. Sonra da çox yaxın gələcəkdə Azərbaycana gəlməyi planlayıram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri