Almaniya klubu azərbaycanlı futbolçunu cəzalandırdı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov klubu "Dinamo Berlin" tərəfindən cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun Almaniya Kubokunun 1/32 final mərhələsində "Bohum"la ev oyununda qırmızı vərəqə almasıdır.
Berlində baş tutan və 90 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşan matçın 103-cü dəqiqəsində Dadaşov rəqibin üzünə zərbə vurduğu üçün meydandan qovulub.
Komandası isə qalan dəqiqələrdə daha iki qol buraxaraq, 1:3 hesabı ilə məğlub olub və ölkə kubokundan kənarlaşdırılıb.
Birbaşa qırmızı vərəqə millimizin keçmiş forvardının kubok yarışlarından ikioyunluq diskvalifikasiyası ilə nəticələnib. Bununla yanaşı, klub rəhbərliyi də Dadaşova müəyyən məbləğdə cərimə kəsmək qərarına gəlib.
Qeyd edək ki, Rüfət Dadaşov 2013-2019-cu illərdə Azərbaycan millisinin heyətində 24 oyunda beş qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Avqust 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















