Azərbaycanlı turist Tailandda meyvə satıcısı ilə mübahisə zamanı bıçaqlanıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Azərbaycanlı turist Orxan Məmmədzadə Tailandın Patonq şəhərində bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Phuket News" yayıb.
Hadisə Patonqda yerləşən "The Royal Paradise" hotelinin qarşısında baş verib. Yerli meyvə satıcısı ilə Orxan Məmmədzadə arasında başlanan mübahisə sonda fiziki qarşıdurmaya çevrilib və 33 yaşlı azərbaycanlı qarın boşluğuna bıçaq zərbəsi alıb.
Satıcının polisə verdiyi ifadəyə görə, alıcı 60 bat (təxminən 3.4 manat) ödəməkdən imtina edib, bu isə qarşılıqlı gərginliyə və daha sonra insidentə səbəb olub.
Məmmədzadə dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti və xəsarətlərin ağırlığı barədə hələlik ətraflı məlumat verilmir.
Faktla bağlı istintaq başlanıb, hadisənin detalları araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 08 Avqust 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















