Azərbaycanlı uşaqların çıxışları yüksək qiymətləndirilib
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Benilüks Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən “Rotterdam Həftə Sonu Məktəbi” və “Körpə Fidanlar” musiqili teatr qrupunun şagirdləri “Hollandiya Türk Federasiyası” tərəfindən təşkil olunmuş “23 Nisan” Uşaq Bayramı tədbirində möhtəşəm çıxışları ilə yadda qalıblar.
Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazgan, Hollandiya Türk Federasiyasının başqanı Murad Gedik və bir çox təşkilat rəhbərləri azərbaycanlı uşaqların çıxışlarını yüksək qiymətləndiriblər.
Tədbir bir daha Azərbaycan–Türk birliyini və qardaşlığını hər kəsə nümayiş etdirib. Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması həqiqətən də möhtəşəm hisslər oyadıb.
Cavid
Baxış sayı:147
Bu xəbər 27 Aprel 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















