Azərbaycanlı voleybol hakimi: Biz dünya səviyyəli referilərdən geri qalmırıq
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Serbiya, Zlatibor, Cavid Əliyev, 17 aprel, AZƏRTAC
“Gimnaziada İdman Oyunlarında hakimlik etmək qürurverici hiss idi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyada keçirilən multiidman oyunlarında voleybol hakimliyi etmiş Rüstəm Cəfərov deyib.
O, Azərbaycanı beynəlxalq arenada təmsil etməyin sevindirici hiss olduğunu bildirib: “İlk dəfə olaraq Gimnaziadada iştirak etdim. İndiyədək qazandığım təcrübəyə sayəsində heç bir çətinlik çəkmədim. Şükürlər olsun, oyunları yaxşı idarə etdim”.
Referi Azərbaycanda voleybol hakimliyinin inkişaf etdiyini vurğulayıb: “Mən Respublika dərəcəli hakim olsam da, beynəlxalq oyunlara təyinat alan yerli hakimlərimizlə birgə çimərlik və klassik voleybol (zal voleybolu) matçlarını idarə edirəm. Hazırda hakimliklə bağlı seleksiya işləri gedir. Hətta Gəncə, Masallı, Şəki və digər bölgələrdən hakimlik dərslərinə gələnlər var. Bu mövsüm Yüksək Liqa görüşlərində gənc referilərə də şans verilir. Biz da öz növbəmizdə təcrübəmizi onlarla bölüşürük. Düşünürəm ki, biz dünya səviyyəli hakimlərdən geri qalmırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















