Icma.az
close
up
RU
Azərbaycanlı xanımla evlənən, SSRİ də ölüm hökmü alan, Londona qaçan “KQB” polkovniki

Azərbaycanlı xanımla evlənən, SSRİ də ölüm hökmü alan, Londona qaçan “KQB” polkovniki

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən əsrin 80-ci illəri SSRİ və Qərb dövlətləri arasında “soyuq müharibə”nin kəskinləşdiyi dövrdür. Xüsusən kəşfiyyat xidmətləri səviyyəsində bu gizli müharibə öz intensivliyi ilə seçilirdi. SSRİ-nin qüdrətli Dövlət Təhlükəsizlik Komitəsi (DTK, “KQB”), ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın “Mİ-6”sı dünyanın bütün nöqtələrində amansız yarışa girmişdi. Bu mübarizədə istənilən kəşfiyyat xidmətinin ən qorxulu yuxusu daxili satqınlıq, düşmən kəşfiyyatı ilə əməkdaşlıq idi.

“KQB” daxilində xarici kəşfiyyatla əlaqə quranlar kommunizm quruluşuna və SSRİ-yə inamını itirən ideoloji şəxslərdən, karyera tramplinində irəliləyə bilmədikləri üçün qisas alan şəxslərdən və sadəcə pul qarşılığında düşmən kəşfiyyatına işləyən kateqoriyalardan ibarət idi. Tarixdə “KQB”nin general-mayor Oleq Kulaqin, polkovnik Oleq Penkovski kimi qarşı tərəflə əməkdaşlıq edən, məlumat ötürən xüsusi xidmət orqanı əməkdaşlarını tanıyır.


Lent.az saytı SSRİ-də ölüm hökmünə məhkum edilən, Qərb xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan belə şəxslərdən biri, “KQB” polkovniki Oleq Qordiyevski haqqında məlumatı təqdim edir. Onu azərbaycanlı oxucu üçün maraqlı edən məqamlardan biri “çekist”in həyat yoldaşının milliyyətcə azərbaycanlı Leyla Ağahüseyn qızı Əliyeva olmasıdır. Amma gəlin əvvəlcə, Oleq Qordiyevskinin tərcümeyi-halı ilə tanış olaq.

Oleq Antonoviç Qordiyevski 1938-ci il oktyabrın 10-da Moskvada anadan olub. Onun atası NKVD -nin üzvü idi və qatı kommunist görüşləri ilə seçilirdi. Təsadüfi deyil ki, onun hər 3 oğlu atalarının təsiri ilə təhlükəsizlik orqanlarında çalışmağa başlayır. Moskvadakı orta məktəblərdən birini bitirdikdən sonra diplomat olmaq istəyən Qordiyevski 1956-cı ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. 1962-ci ildə isə uğurla təhsilini bitirib. Lakin atası və artıq “KQB” agenti kimi Cənub-Şərqi Asiyada fəaliyyət göstərən qardaşı Vasilinin təsiri ilə “KQB”yə işə düzəlir. 101 nömrəli DTK kəşfiyyat məktəbinin hazırlıq kurslarını bitirən Oleq Qordiyevski 1963-cü ildən komitənin 1-ci baş idarəsində (xarici kəşfiyyata cavabdeh) çalışmağa başlayır.
1966-cı ildə isə xüsusi xidmət orqanının xıttilə Danimarkadakı SSRİ səfirliyinə işə göndərilir.

Rəsmi sənədlərdə səfirliyin konsulluq idarəsinin əməkdaşı kimi göstərilən Qordiyevski əslində ölkədəki qeyri-leqal sovet agentlərini saxta Danimarka pasport və digər sənədlərlə təmin edən gizli agent olmalı idi. Bunun üçün 1 il ərzində Danimarka dilini və qanunvericiliyini hərtərəfli öyrənir. 1970-ci ilin yanvarında isə yenidən Moskvaya dönür. 1972-ci ilin oktyabrında o,  yenidən, bu dəfə kəşfiyyatın siyasi kanalları vasitəsilə Kopenhagenə göndərilir.
Bu dəfə sovet səfirliyin mətbuat katibi kimi Danimarkaya gələn Oleq Qordiyevski 1 il sonra “KQB”nin Danimarka rezidentinin (rəhbərinin) müavini, 1976-cı ildən isə rezidenti təyin olunur. Məhz Kopenhagendə çalışdığı zaman o, ilk dəfə Qərb kəşfiyyatına işləmək barədə düşünür. ABŞ və Böyük Britaniya kəşfiyyatı arasında seçim edən DTK agenti qərarı sonuncunun xeyrinə verir. Sonradan müsahibələrində Qordiyevski bu qərarı Britaniyanın “Mİ-6” kəşfiyyat xidmətini daim yüksək peşəkarlığına görə qiymətləndirdiyi üçün atdığını deyir. Qərbə işləməsinə səbəb olaraq isə 1968-ci il “Praqa baharı” zamanı demokratikləşmə yolunu seçmiş Çexiyaya Sovet qoşunlarının yeridilməsini göstərir. Onun sözlərinə görə, həmin hadisədən sonra sovet rejiminə inamı itib.


Beləliklə, 1974-cü ildən başlayaraq Qordiyevski “Mİ-6” kəşfiyyatına işləməyə başlayır. Bu müddətdə onun ötürdüyü məlumatlar əsasında SSRİ-nin Danimarkadakı bütün casus şəbəkəsi çökdürülür. “Mİ-6”ya Qərbdə casus fəaliyyəti göstərən onlarla sovet agentinin adı məlum olur.

Heç nədən şübhələnməyən “KQB” rəhbərliyi isə 1978-ci ildə onu Moskvaya geri çağırır və qurumun kəşfiyyat idarəsinin baş aparatında vəzifəyə təyin edir.
1982-ci ildə Oleq Qordiyevski çoxdan arzuladığı təyinatı alır – gizli agent kimi SSRİ-nin Londondakı səfirliyinə göndərilir. 1985-ci ilin yanvarında isə Londondakı “KQB” rezidenturasının başçısı təyin olunur. Hətta ona polkovnik rütbəsi də verilir. Bütün bu müddətdə isə o, müntəzəm şəkildə Britaniya kəşfiyyatını “KQB”nin strukturu və planları ilə, Qərbdəki casus şəbəkəsinin tərkibi ilə ətraflı məlumatlandırır.
Nəhayət, 1985-ci ilin ortalarında “KQB” rəhbərliyi qurumun tərkibində xarici kəşfiyyata işləyən əməkdaşının olmağından şübhələnir. Daxili araşdırma bütün şübhələri Oleq Qordiyevskiyə doğru yönəldir. Tezliklə, ona yeni rütbə veriləcəyi bəhanəsilə Moskvaya geri çağırırlar. “KQB”nin binasında bir neçə sorğu-sualdan sonra onu ev dustağı edirlər. Artıq ifşa olunduğunu anlayan DTK polkovniki Moskvadakı Britaniya səfirliyi ilə gizli əlaqə yarada bilir. Onların köməyilə Oleq Qordiyevski 1985-ci il iyulun 20-də Moskvanı tərk edir. Finlandiya sərhədini keçdikdən sonra agent Londonda gedir. Britaniya 11 il sərasər krallığa xidmət etmiş “KQB” agentinə sığınacaq verir.

Qordiyevski qaçdıqdan sonra Leyla Əliyeva iki qızı ilə Moskvada qaldı. Leylanın dediyinə görə, ərinin ikili agent olması ilə bağlı heç nə bilmirdi. Britaniyada olan Qordievski ailəsinin onunla birləşmək hüququnu tələb etməyə başladı, lakin Sovet hakimiyyəti 6 il ərzində bundan qəti şəkildə imtina etdi. Qordievskinin həyat yoldaşı və qızları 1991-ci ilin sentyabrında SSRİ-ni tərk etdilər, lakin onunla Londonda birləşdikdən sonra uzun müddət birlikdə yaşamadılar. Leyla Əliyeva boşanma prosesinə başladı və uşaqları götürərək qızlıq soyadını qayıtdı. Boşanmadan 3 il sonra Leyla Əliyeva Ali Kral Məhkəməsi vasitəsilə özü və övladlarının alimenti hesabına əmlakın bir hissəsini geri ala bildi.

Hazırda Oleq Qordiyevski Marina Qordiyevski ilə evlidi. O, Londonda yaşayır və pul qarşılığında verdiyi mühazirə və müsahibələrlə pul qazanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri