Icma.az
close
up
RU
“Azərbaycanlı xanımların xarici vətəndaşlarla evliliyi demoqrafik balansı poza bilər” Naib Niftəliyev

“Azərbaycanlı xanımların xarici vətəndaşlarla evliliyi demoqrafik balansı poza bilər” Naib Niftəliyev

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Son dövrlərdə əcnəbi vətəndaşların Azərbaycana əhəmiyyətli miqrasiyası müşahidə olunur. Onların bir qismi, xüsusən bəylər, yerli vətəndaşlarla ailə qurur, bir qismi isə ailə qurduqdan sonra öz vətənlərinə qayıdır, müəyyən qismi isə Azərbaycanda məskunlaşmağa üstünlük verir”.

Bu sözləri Gununsesi.info -ya açıqlamasında sosioloq Naib Niftəliyev deyib:

“Bəylərin bu baxımdan şansları bir qədər məhdudlaşıb, amma bu, nisbidir. Statistik göstəricilərə görə, xarici vətəndaşlarla ailə quran bəylərin sayı da əhəmiyyətli rol oynayır. Burada müəyyən mənada böhran Azərbaycan ailəsinin ənənəvi modelinin dəyişməsi ilə bağlıdır. Əvvəllər dəyərlər və prinsiplər ön planda idisə, indi dəyərsizləşmə, özgələşmə və dəyərlərin normallaşması müşahidə olunur. “Əxlaq önəmli deyil” və “qeyrət anlayışı vacib deyil” kimi baxışlar tez-tez qabardılır.

Mediada, televiziyada, radio və sosial mediada bu kimi müzakirələrə rast gəlmək mümkündür. Maraqlıdır ki, ağıllı və rasional çıxışlardan çox, vulqar xarakterli baxışlar diqqət çəkir. Bu, müəyyən kütlənin düşüncəsinə daha yaxın olduğu üçün maraqlı görünür. Belə çıxışların mənfi olsa da, “reytinqini” artırması da mümkündür”.

O, qeyd edib ki, demoqrafik balansın dəyişmə riski az olsa da, mövcuddur.

“Ailə qurub xaricə gedənlərin müəyyən qismi orada məskunlaşır və demoqrafik struktur dəyişir. Statistikaya görə, daha çox xanımlar xarici vətəndaşlarla ailə qurur; bu nisbət təxminən birə üçdür. Türkiyə və qismən Pakistan bu prosesdə ön sıradadır, post-sovet ölkələrində isə göstərici bir qədər aşağıdır. Son illərdə azərbaycanlı xanımların Türkiyə vətəndaşları ilə evliliyi kütləviləşib, bu isə demoqrafik və gender balansı baxımından arzuolunan deyil”.

Sosioloqun sözlərinə görə, qarışıq nikahlar genetik balansı, dil, mədəniyyət və milli kimliklə bağlı münasibətləri dəyişə, qloballaşmanı sürətləndirə bilər.

“Mənfi tərəf odur ki, cəmiyyətin sosial-demoqrafik strukturu zəifləyə, milli kimlik mövqeyi və xarici təsirlərə qarşı müqavimət itkisi yarana bilər.

Bunun qarşısını almaq üçün milli ailə modelinin təbliği, ailə institutunun sosial-iqtisadi dəstəklənməsi və yerli ailələrə güzəştlərin göstərilməsi vacibdir. Xarici vətəndaşların ölkədə yaşamağa və fəaliyyət göstərməyə təşviq olunması, qarışıq nikahların milliləşməsinə yönəlmiş səylər də müsbət təsir göstərə bilər.

Qloballaşma dövründə qarışıq ailə modeli dünyada üstünlük qazanır və buna hazır olmaq lazımdır. Burada əsas mexanizm məsələnin milli maraqlar çərçivəsində həllidir ki, bu da ailə siyasətinin vacib faktorudur. Düşünürəm ki, düzgün ailə siyasəti və rasional yanaşmalarla bu məsələlərin həlli mümkündür”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri