Azərbaycanlılar azərbaycanlı nazirin impiçmentini istədi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İran parlamentinin 80 üzvünün imzası ilə hazırlanan müraciətdə Məsud Pezeşkian hökumətinin iqtisadiyyat naziri Əbdülnasir Himmətinin impiçmenti tələb olunub.
Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin sözçüsü Abbas Qudərzi məlumat yayıb.
Onun sözlərinə görə, impiçment tələbi parlamentin Rəyasət Heyətinə göndərilib və bu istiqamətdə araşdırma aparılır.
Həmədandan olan azərbaycanlı iqtisadiyyat naziri Əbdülnasir Himmətinin impiçmenti ilə bağlı təşəbbbüsçülər isə Təbrizin İran parlamentindəki nümayəndələri Ruhullah Mütəfəkkir Azad və Əli Cəfəri Azərdir.
Qeyd edək ki, adı çəkilən şəxslər mühafizəkar siyasi qanada mənsubdurlar və prezident seçkisi dövründə Məsud Pezeşkianın rəqibi Səid Cəlilini dəstəklədiklərinə görə təbrizlilərin etirazları ilə qarşılaşıblar.
Ruhullah Mütəfəkkir Azad Azərbaycana qarşı çıxışları ilə də seçilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 16 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















