Icma.az
close
up
RU
Azərbaycanlılar internetdə ən çox bunları axtarırlar ŞOK SİYAHI

Azərbaycanlılar internetdə ən çox bunları axtarırlar ŞOK SİYAHI

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Azərbaycanlıların “Google”da ən çox axtardığı suallar: İnternetdə xalqımızı nə maraqlandırır?

İnternet artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Xüsusilə “Google” axtarış sistemi Azərbaycan cəmiyyətinin gündəlik suallarını, maraq dairələrini, qorxularını və hətta arzularını ortaya çıxaran güclü bir vasitədir.

Bəs azərbaycanlılar ən çox nəyi axtarır? Hər gün milyonlarla istifadəçinin daxil olduğu “Google”da hansı suallar, hansı mövzular populyarlıq qazanır? 

“Bu gün hava necə olacaq?” – Hava proqnozları dəyişməz maraq mərkəzində

Azərbaycanlılar üçün hava şəraiti gündəlik planların qurulmasında önəmli yer tutur. Xüsusilə Bakıda güclü küləklər, bölgələrdə isə dəyişkən iqlim şəraiti hava proqnozlarına olan marağı artırır. “Sabah yağış yağacaq?”, “Bakıda bu gün külək olacaqmı?” kimi suallar “Google”da hər gün yüzlərlə dəfə axtarılır. Xəbər saytları bu mövzuda ciddi trafik əldə edə bilirlər. “Hava ilə bağlı xəbərdarlıq” başlığı ilə onlayn mediada son 1 ildə 1200-dən çox məlumat dərc edilib.

“Dollar bu gün neçəyədir?” – Valyuta ilə bağlı axtarışlar

İqtisadi qeyri-sabitlik və alıcılıq qabiliyyətinə olan təsirlər səbəbilə azərbaycanlıların ən çox axtardığı mövzulardan biri də dollar və digər valyutaların məzənnəsidir. “Dollar bu gün neçəyədir?”, “Manatın məzənnəsi Mərkəzi Bankda” kimi suallar “Google” axtarışında ön sıralardadır. Bu mövzu xəbər saytlarının da əsas oxucu toplama üsullarından biridir. Hər gün xəbər saytlarında “Dollar bu gün neçəyə oldu?” başlıqlı xəbər tapmaq mümkündür. Məzənnə dəyişməsə də, hər kəs bu xəbərləri izləyir, oxuyur.

“Bu xəstəliyin əlamətləri nədir?” – Sağlamlıqla bağlı narahatlıqlar

Özəlliklə pandemiyadan sonra sağlamlıq mövzuları az qala hər evdə əsas müzakirə mövzusuna çevrildi. “Koronavirus əlamətləri”, “qrip və soyuqdəymə fərqi”, “mədə ağrısının səbəbləri” kimi suallar “Google”da sıx-sıx axtarılır. Özünü həkimə getmədən müayinə etmək istəyənlərin sayı xeyli çoxdur. Bu axtarış demək olar ki, dünyanın hər yerində edilir. İnsanlar həkimə getmədən problemin səbəbini internetdə axtarır. Bu axtarışlar bəzən faydalı nəticə versə də, bəzən insanları çaşdıran, qorxudan və ya səhv nəticə çıxararaq vaxtında müdaxilə edilməli olan xəstəliyin daha da böyüməsinə səbəb ola bilir.

“Necə pul qazanmaq olar?” – Onlayn gəlir axtarışları

Son illər işsizlik, iqtisadi çətinliklər və sosial media platformalarının yüksəlişi ilə birlikdə insanlar internetdən gəlir əldə etməyin yollarını axtarır. “Evdə oturaraq necə pul qazanmaq olar?”, “YouTube”dan necə pul çıxartmaq olar?”, “TikTok-la qazanc” kimi açar sözlər trenddədir. Azərbaycanlı istifadəçilərin çok kiçik hissəsi bu yolla pul qazana bilir. Məsələn, “YouTube”un reklamdan gəlir alqoritmi ölkələrə görə dəyişir. İstifadəçi sayı, reklam büdcələri, region, ölkə reytinqi və s.

Azərbaycanlı istifadəçi bu məsələdə uduzur. Mələsən, onun Azərbaycanda və ya azərbaycanlı istifadəçilər üçün ərsəyə gətirdiyi videoya 1 milyon baxılsa, 2000 dollar əldə edəcək. Amma qonşu Türkiyədə başqa birinin ərsəyə gətirdiyi və eyni sayda baxılan videoya görə gəlir 4 min dollar olacaq. Detallı desəm, qeyd etdiyim kimi, “YouTube” reklam gəliri bir çox amillərdən asılıdır: izləyici coğrafiyası, CPM (1000 görüntüləməyə görə ödəniş), video uzunluğu, reklam formatları və izləyici dəvət davranışı. Türkiyə və Azərbaycan üçün təxmini gəlir belə hesablana bilər: CPM (1000 görüntüləmə başına qazanc) Türkiyə üçün: 3-4 dollar, Azərbaycan üçün: 1.5-2 dollardır.

“Qanuni yollarla xaricə necə köçmək olar?” – Miqrasiya arzusu

Xaricə köçmək istəyənlərin sayı az deyil. “Almaniyaya necə köçmək olar?”, “Kanada miqrasiya şərtləri”, “Türkiyədə yaşamaq üçün nə etmək lazımdır?” kimi suallar təkcə gənclər deyil, müxtəlif yaş qruplarından olan insanlar tərəfindən axtarılır. Bu da yaşam standartları, sosial vəziyyətin hansı səviyyədə olmasından asılıdır.

“Qurban bayramı nə vaxtdır?” – Dini və milli bayramlarla bağlı suallar

Azərbaycanda dini və rəsmi bayramlarla bağlı axtarışlar da önəmli yer tutur. “Ramazan bayramı nə vaxtdır?”, “Novruzda neçə gün tətil olacaq?”, “Qurban kəsilmə qaydaları” kimi suallar bayram ərəfəsində kəskin şəkildə artır. Xalqın böyük hissəsinin dini inanclı olması, adətlərə əməl etməsi axtarış sistemlərində də öz əksini tapır.

“Kim kimə görə həbs olundu?” – Sosial və siyasi maraq

Azərbaycanlılar siyasətlə yaxından maraqlanırlar. Məşhur şəxslərin həbsi, məmur qalmaqalları və siyasi proseslərə dair xəbərlər axtarışları artırır. “Nazir niyə həbs olundu?”, “Bu adamın günahı nə idi?”, “Cinayət işi necə başladı?” sualları “Google”da trend olur.

“Toyda hansı mahnılar ifa olunur?” – Ən çox dinlənilən musiqilər

Toy mövsümündə insanlar “ən yaxşı toy mahnıları”, “rəqs musiqiləri”, “yeni mahnılar 2025” kimi axtarışlar edirlər. Eyni zamanda məşhur ifaçıların adları, sözləri və musiqi yükləmə ilə bağlı suallar da artmaqdadır. Bu mövzuda axtarış hər zaman ilk 10-a daxil olub və olur.

“Bu serial harada çəkilib?” – Kino və serial sevdası

Xüsusilə Türkiyə serialları və yerli layihələr izləyicilərin böyük marağına səbəb olur. ““Kızılcık Şerbeti” harada çəkilib?”, “Yalı Çapkını”, “Kuruluş Osman”, “Gelsin Hayat Bildiği Gibi” Türkiyənin serialları çox axtarılanlar sırasındadır. “Azərbaycanda çəkilən seriallar 2025”, “Hansı aktyor hansı rolu oynayır?” kimi suallar axtarışlarda yüksək yer tutur.

“O kimdir?” – Tanınmış şəxslərə maraq

Yeni çıxan məşhurlar, TikTok fenomenləri, siyasətçilər və jurnalistlər – insanlar daim “o kimdir?”, “neçə yaşı var?”, “hardandır?” kimi suallarla tanınmış şəxslərin kimliyini axtarırlar. Bu sualların ardında həm maraq, həm də bəzən tənqid dayanır.

“Google” – Cəmiyyətin güzgüsüdür

Azərbaycanlıların “Google”da ən çox axtardığı suallar, əslində, cəmiyyətin gündəmini, problemlərini və ümidlərini bir növ ortaya qoyur. Bu sorğular sadəcə texniki maraq deyil, həm də psixoloji və sosial əks-səda daşıyır.

“Google” axtarışları sayəsində xalqın nə düşündüyünü, nə istədiyini və nə üçün narahat olduğunu anlamaq mümkündür./Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:567
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri