Icma.az
close
up
RU
Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Google" müasir dövrdə insanların ilk müraciət etdiyi informasiya mənbəyinə çevrilib. Gün ərzində milyonlarla insan cavab tapa bilmədiyi sualları axtarış sisteminə yazır. Azərbaycanlı istifadəçilərin axtarış vərdişləri də cəmiyyətin maraq dairəsini, gündəlik problemlərini, hətta ən qəribə düşüncələrini ortaya qoyur.

“Yeni Sabah” xəbər verir ki, "Google"un avtomatik tamamlama sistemi, axtarış tendensiyaları və müxtəlif SEO platformalarının məlumatları göstərir ki, azərbaycanlılar yalnız xəbər və ya hava proqnozu deyil, bəzən olduqca maraqlı, qeyri-adi və gülməli suallara da cavab axtarırlar.

Axtarışlarda ən çox diqqət çəkən mövzulardan biri insan orqanizmi ilə bağlı suallardır. İstifadəçilər “Niyə yuxuda danışırıq?”, “Niyə göz qapağı atır?”, “İnsan niyə əsnəyir?”, “Ürək niyə sürətlə döyünür?” kimi sualları tez-tez "Google"da axtarırlar. Bu da insanların sağlamlıqları ilə bağlı narahatlıqlarını ilk növbədə internet vasitəsilə aradan qaldırmağa çalışdıqlarını göstərir. Sezar pizza

Maraqlı məqamlardan biri də gündəlik həyatla bağlı qəribə suallardır. “Pişik niyə xiyar görüb qorxur?”, “Balıq niyə gözünü bağlamır?”, “Toyuq əvvəl yaranıb, yoxsa yumurta?”, “İnsan niyə hıçqırır?” kimi suallar axtarış sistemində tez-tez qarşıya çıxır.

"Google"da münasibətlər və psixologiya ilə bağlı suallar da kifayət qədər populyardır. İstifadəçilər “İnsan niyə xəyanət edir?”, “Sevən insan necə davranır?”, “Bir insanın yalan danışdığını necə bilmək olar?”, “Niyə mesajı oxuyub cavab vermir?” kimi suallara cavab axtarırlar.

Azərbaycanlıların maliyyə ilə bağlı marağı da axtarışlarda özünü göstərir. “Necə tez pul qazanmaq olar?”, “Evdən işləyərək necə gəlir əldə etmək olar?”, “Kriptovalyutaya investisiya etmək təhlükəlidirmi?” kimi sorğular son illər daha çox axtarılır.

Qəribə görünən suallardan biri də texnologiya və gündəlik məişətlə bağlıdır. “Telefon məni dinləyir?”, “Wi-Fi şüası zərərlidirmi?”, “Telefon niyə qızır?”, “Batareyanı 100 faiz doldurmaq zərərlidirmi?” kimi suallar istifadəçilərin tez-tez cavab axtardığı mövzular sırasındadır.

"Google" axtarışlarında bürclər, yuxu yozmaları və müxtəlif inanclarla bağlı sorğular da daim ön sıralarda yer alır. “Yuxuda ilan görmək nə deməkdir?”, “Bu gün bürcümü nə gözləyir?”, “Qara pişik uğursuzluq gətirirmi?” kimi suallar istifadəçilərin maraq göstərdiyi mövzular arasındadır.

Mütəxəssislərin fikrincə, internetdə aparılan axtarışlar insanların gündəlik həyatda səsləndirmədikləri sualları da üzə çıxarır. Bu səbəbdən Google axtarış tendensiyaları cəmiyyətin maraqları, narahatlıqları və davranışları barədə mühüm göstəricilərdən biri hesab edilir.

Qeyd edək ki, "Google"un avtomatik tamamlama funksiyası istifadəçilərin ən çox yazdığı sorğular əsasında formalaşır və zaman keçdikcə dəyişə bilir. Buna görə də axtarışlarda yer alan mövzular gündəmdən, mövsümdən və cəmiyyətdə baş verən hadisələrdən asılı olaraq yenilənir.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:407
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyul 2026 02:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri