Azərbaycanlılar Özbəkistana xarici pasportsuz gedə biləcəklər
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya, Qazaxıstan və Azərbaycanın hakimiyyət orqanları ilə bu ölkələrin vətəndaşlarının daxili sənədlərdən istifadə etməklə Özbəkistan ərazisinə daxil olmasının mümkünlüyü ilə bağlı danışıqlar aparacaq. Xarici İşlər Nazirliyinə verilən bu göstəriş prezidentin 15 may tarixli sərəncamında yer alıb.
Danışıqların aparılması üçün Xarici İşlər Nazirliyinə üç ay vaxt verilib. Güman edilir ki, ruslar, qazaxlar və azərbaycanlılar 30 gündən çox olmayan müddətə ölkəyə giriş üçün daxili pasport və ya şəxsiyyət vəsiqələrindən istifadə edə biləcəklər. Yuxarıda göstərilən ölkələrin 16 yaşına çatmamış vətəndaşları uşaq pasportlarından istifadə edərək ölkəyə daxil ola biləcəklər.
Qeyd edək ki, artıq Qırğızıstan vətəndaşları şəxsiyyət vəsiqələrindən istifadə etməklə Özbəkistana səfər edə bilərlər.
Təşəbbüs səyahətləri sadələşdirmək, turizm, biznes və humanitar əlaqələri inkişaf etdirmək məqsədi daşıyır. Özbəkistan hakimiyyəti bunu qonşularla əməkdaşlığı gücləndirmək və regional əlaqələrin genişləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirir.
Xatırladaq ki, Özbəkistanla Rusiya, Qazaxıstan və Azərbaycan arasında 60 gün müddətinə ikitərəfli vizasız rejim qüvvədədir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 May 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















