Küveyt vətəndaşları Özbəkistana vizasız gedə biləcəklər
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qahirə, 26 may, AZƏRTAC
Küveyt vətəndaşları Özbəkistana vizasız gedə biləcəklər.
AZƏRTAC Küveytin “əl-Cəridə” qəzetinə istinadla xəbər verir ki, iyunun 1-dən küveytlilərə 30 gün ərzində Özbəkistanda vizasız qalmağa icazə veriləcək.
Bu qərar Özbəkistan hökumətinin cari ilin sonundan həyata keçirməyi planlaşdırdığı turizm hədəfləri çərçivəsində qəbul edilib. Belə ki, bu ölkənin Küveytdəki səfirliyinin verdiyi məlumata görə, Özbəkistan dünya ölkələrindən 15,8 milyon turistin cəlbini planlaşdırır.
Bundan başqa, turizm xidmətlərindən gələn gəlirin 4 milyard dollara çatdırılması, daxili turizmin təşviq edilməsi və yerli səyahətçilərin sayının 40 milyona qədər artması, eləcə də 378 əlavə turizm şirkətinin yaradılması qarşıya məqsəd qoyulub. Səfirliyin bəyanatında deyilir ki, iyun ayından etibarən hər ay bir dəfə, şənbə-bazar günləri - “Özbəkistan daxilində səfər et” proqramı çərçivəsində ailəvi və qruplarla səyahət günləri kimi elan ediləcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 26 May 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















