Azərbaycanlılar Rusiyaya necə gedəcək? Sərtləşən qaydalar və gözlənilən təhlükə...
Mia.az saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, iyunun 30-dan Rusiyaya vizasız giriş hüququ olan xarici vətəndaşlardan QR kodu tələb olunacaq. Lakin QR kodu təqdim edən əcnəbi Rusiyaya buraxılmaya da bilər. Burada qərarı sərhədçilər verəcək.
Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib ki, bu qərar Azərbaycan vətəndaşları üçün çətinlik yaradacaq.
“Bu, Rusiya hökumətinin miqrantlara qarşı çox sərt addımıdır. Rusiya daxilində baş verən kriminal hadisələri azaltmaq məqsədi daşıyır. Bir çox hallarda miqrantlar günahkar hesab edilir. Yeni qayda korrupsiya hallarını artıracaq. Yəqin ki, giriş üçün sərhədçilərə rüşvət veriləcək. Bu, Azərbaycan vətəndaşları üçün də problem yaradacaq. Ümumiyyətlə, Rusiyada işləmək bahalaşır. Həm ölkəyə girəndə, həm küçədə rüşvət alacaqlar. Qeydiyyata düşmək də rüşvətlədir. İnsanlar orda qazandıqları pulu rusiyalı məmurlara verməli olacaqlar ki, bu da azərbaycanlıların vəziyyətinə mənfi təsir göstərəcək,” – deyə iqtisadçı bildirib(bakipost).


