Icma.az
close
up
RU
Azərbaycanlılar üçün Şengen vizası nə vaxt ləğv ediləcək?

Azərbaycanlılar üçün Şengen vizası nə vaxt ləğv ediləcək?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanda səfərdə olub. Ölkə başçısı İlham Əliyevlə təkbətək görüşüb. Görüşün ardından liderlər mətbuata bəyanatlarla çıxış ediblər. 

Latviya Prezidenti Avropa İttifaqı(Aİ) ilə Azərbaycan arasında vizasız rejimi tam dəstəklədiklərini bildirib. 

Hazırda Azərbaycanla Avropa İttifaqı arasında  bu istiqamətdə hansı addımların atıldığı, vizasız rejimə keçidin nə qədər real olduğu maraq doğrurur.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş üçün müvafiq razılaşma əldə olunmalıdır:

“Avropa ittifaqı ilə belə bir razılaşmanın əldə olunması üçün bütün üzv dövlətlərin razılığına ehtiyac var. Hazırda Azəbaycan vətəndaşları Aİ-yə üzv olan bütün ölkələrə diplomatik və xidməti pasportlarla vizasız gedib-gələ bilir. Adi vətəndaş pasportları ilə gediş-gəliş üçün isə Aİ ilə aramızdakı müqavilə yenilənməlidir. Azərbaycanla Aİ arasında hərtərəfli əməkdaşlıq üzrə müqavilə üzərində bir neçə ildir ki, işlər aparılır. Müqavilə üzrə işlər yekunlaşdıqdan sonra Aİ-yə üzv ölkələrin hamısının razılığı olarsa, bütövlükdə Azərbaycanla Aİ arasında vizasız gediş-gəliş üçün razılaşma əldə oluna bilər”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Avropa ölkələrinə vizasız və ya sadələşdirilmiş viza ilə gediş-gəliş üzrə razılığın əldə olunması çox yaxşı hal olardı:

“Latviya Avropa İttifaqının üzvüdür. Yəni təkbaşına hansısa ölkə, o cümlədən Azərbaycanla vizasız gediş-gəlişi təmin etmək iqtidarında deyil. Bunun üçün rəsmi Brüsselin qərarı olmalıdır. Azərbaycan vətəndaşları bu gün Latviyaya getmək üçün Şengen vizası alırlar. Əlbəttə, Aİ ilə vizasız və ya sadələşdirilmiş viza ilə gediş-gəlişlə bağlı razılığın əldə olunması çox yaxşı olardı. Bu istiqamətdə danışıqların genişləndirilməsinə ehtiyac var".

Politoloq əlavə edib ki, Aİ eyni proseduru Gürcüstana qarşı tətbiq edib:

"Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gediş-gəlişi həyata keçirirlər. Düzdür, Avropa İttifaqı ilə Gürcüstan hökuməti arasında müəyyən ziddiyətlər yaranmışdı. Amma Aİ-nin belə bir praktikası artıq mövcuddur. Latviya Azərbaycanla sıx əməkdaşlığın tərəfdarıdır. Əgər Aİ ilə Azərbaycan arasında belə bir sadələşdirilmiş viza məsələsi razılaşdırılarsa, Latviya ilə də gediş-gəlişi də tam sərbəst həyata keçirmək mümkün olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Aprel 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri