Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş konfransın iştirakçıları Zirə EKO Parkı ziyarət ediblər VİDEO AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda təşkil etdiyi II Beynəlxalq konfransın iştirakçıları və İcmanın üzvləri Zirə Mədəniyyət Mərkəzi - EKO Parkı ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Eko Parkın ərazisində ağac əkiblər. Sonra konfrans iştirakçıları “Vətənim Qərbi Azərbaycan” rəsm və xalça sərgisi ilə tanış olublar. Həmçinin Zirə Mədəniyyət Mərkəzində Qərbi Azərbaycana həsr olunmuş rəsm əsərlərinə baxış keçirilib.
Xalçalarla tanışlıq zamanı iştirakçılar Qərbi Azərbaycan xalçalarının naxışları olan kiçikölçülü xalçaların toxunuşu prosesində də iştirak ediblər.
Sonda “Qərbi Azərbaycanın zəngin mədəni irsi” (“Rich cultural heritage of Western Azerbaijan”) adlı film nümayiş etdirilib və konsert proqramı təşkil olunub.
Qeyd edək ki, dekabrın 5-6-da keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda konfransda 51 ölkədən qonaqlar iştirak ediblər.
Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Dekabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















