Azərbaycanlıların qayıdış hüququna dair konfransın iştirakçıları Bakının görməli yerlərini ziyarət ediblər AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda təşkil etdiyi II Beynəlxalq konfransın iştirakçıları və İcmanın üzvləri Zəfər Parkında, Hərbi Qənimətlər Parkında, Bayraq Meydanında, İçərişəhərdə olublar.
AZƏRTAC xəbər verir ki, şəhər turu zamanı xarici qonaqlara ziyarət etdikləri məkanlar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, dekabrın 5-6-da keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda konfransda 51 ölkədən qonaqlar iştirak ediblər.
Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 06 Dekabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















