Icma.az
close
up
RU
Azərbaycanlıların yazıçılara qarşı genetik nifrəti var Ulucay Akif

Azərbaycanlıların yazıçılara qarşı genetik nifrəti var Ulucay Akif

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Sizin səmimiyyətinizə niyə inanmadığımı deyim?
Xalq yazıçısı Anar 35 ildir Yazıçılar Birliyinin sədridir, düzdürmü?
Bəli, düzdür.
Siz də hər fürsətdə buna etiraz edirsiniz, Anarı təhqir edirsiniz, düzdürmü?
Düzdür.
Bəs yaxşı, Rəssamlar İttifaqının sədri 40 ildir ki, Fərhad Xəlilovdur, niyə indiyə kimi, bir dəfə də olsa, bu haqda nəsə yazmamısınız?
Ölkənin bütün başbilənləri, hər şeydən başı çıxanları mənim dostluğumdadır, amma indiyə kimi görmədim ki, onlardan hansısa Fərhad Xəlilovu, Rəssamlar İttifaqını tənqid eləsin.
Niyə?
Niyəsi çoxdur, ta keçib, hamısını bir-bir sadalayacam.
Birinci səbəb odur ki, azərbaycanlıların dərdi, problemi yazıçılarladır. Azərbaycanlıların içində yazıçılara qarşı qəribə bir nifrət var.
Dədə-babalarından qalma bir nifrətdir. Necə ki, o vaxt dədə-babalarının Cəlil Məmmədquluzadədən, Sabirdən, Axundovdan zəhlələri gedib, bu gün də özlərinin yazıçılardan zəhləsi gedir. Genetik nifrətdir.
Rəssamlar isə onlar üçün heç nə ifadə eləmir. Ümumiyyətlə, onlara heç maraqlı deyil Rəssamlar İttifaqı var ya yox, qurultayları qapalı keçirilir ya açıq?
Sizə deyim ki, heç rəssamların özləri belə 40 ildir Fərhad Xəlilovun sədr olmağına etiraz eləmirlər. Şəxsən mən görməmişəm belə bir fakt.
Siz görmüsünüz?
Amma yazıçılar arasında Anarın sədrliyinə açıq-aşkar etiraz edən o qədər yazıçı var ki.
Və sizə bir gülməli fakt da deyim. Azərbaycanlılar Anara etiraz edən yazıçılarla da məzələnirlər. Onların üstünə də "guya sən özün nə yazmısan ki?!" kimi cümlələrlə hücum edirlər.
Yaxud Bəstəkarlar İttifaqı.
Bəstəkarlar İttifaqının sədri 20 ildir ki, Firəngiz Əlizadədir. Heç görmüsünüz ki, camaat Bəstəkarlar İttifaqını, Firəngiz Əlizadəni tənqid eləsin? Mən görməmişəm. Heç qurultaylarından-filan da xəbərimiz olmur.
Amma Yazıçılar Birliyinin qurultayında jurnalistlər Ramiz Rövşənin xırtdəyindən yapışırlar ki, niyə Anar 35 ildir sədr seçilir?!
Çingiz Abdullayevə mikrofon uzadırlar ki, bu qurultaydakı güllərə nə qədər pul xərcləmisiniz?!
Amma indiyə kimi nə Bəstəkarlar İttifaqının, nə Rəssamlar İttifaqının Qurultayından, tədbirindən qalmaqallı bir reportaj hazırlandığını görmüşəm.
Guya Yazıçılar Birliyinə başqa birini sədr seçsələr, azərbaycanlılar o sədri öpüb alnının üstünə qoyacaq? Təbii ki, yox.
Dediyim kimi, səbəb bəllidir, azərbaycanlıların yazıçılara qarşı genetik bir nifrəti var. Çünki yüzillər boyu yazıçılar bu xalqın mənfi tərəflərini yazıblar (düzəlməsi üçün!). İnsanlar isə bunu nifrət kimi başa düşüb.
Məsələn, azərbaycanlılar Mikayıl Müşfiqi alnındakı güllə izinə görə sevirlər, Hüseyn Cavidi həbsdə, sürgündə səfil gününə qaldığı üçün sevirlər.

İnanın ki, Mikayıl Müşfiq çox yox, 60-70 il yaşasa, ona da bir şəbədə qoşacaqdılar, Hüseyn Cavid sürgün olunmasa, onun da eynəyi ilə məzələnəcəkdilər.

"Kuruluş Osman"ın yeni baş rolu Çəkilişlərdə eynəyi 160 dəfə dəyişdirilən məşhur film personajı Müğənni Rəqsanənin həyat yoldaşı da istintaqa cəlb edildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Avqust 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see582

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see313

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see302

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see254

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see193

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see183

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri