Icma.az
close
up
RU
Azərbaycansayağı mərasimlər: bu iftar yox, qonaqlıqdır!

Azərbaycansayağı mərasimlər: bu iftar yox, qonaqlıqdır!

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda Ramazan ayında iftar süfrələri təşkil etmək geniş yayılmış ənənələrdən biridir. Ancaq son illərdə bu süfrələrin məzmunu və mahiyyəti ilə bağlı qəribə tendensiyalar müşahidə olunur.

Təşkil edilən iftar süfrələrinə imkanlı şəxslər, şirkət rəhbərləri, vəzifəli şəxslər və nüfuzlu insanlar dəvət edilir. Oruc tutmayanların belə bu süfrələrə dəvət edildiyi hallar olur, amma ehtiyacı olanlar, kasıblar və aztəminatlı ailələrunudulur. Halbuki, İslamın və Ramazanın əsas prinsiplərindən biri məhz paylaşmaq, birlik və bərabərlikdir.

Məhəmməd peyğəmbərin hədislərinin birində deyilir ki, ən pis süfrələr, varlıların çağırılıb, kasıbların unudulduğu süfrələrdir. Bu sözlər iftar mərasimlərinin Ramazan ruhuna uyğun olub-olmadığını düşünməyə vadar edir. İftar süfrələrinin əsas məqsədi yalnız dostlarla bir araya gəlmək deyil, həm də cəmiyyətin ehtiyac içində olan üzvlərini xatırlamaq və onlarla paylaşmaqdır.

İftar məclisləri təşkil edərkən diqqət yetirilməli əsas məqam məhz bu olmalıdır: süfrənin bərəkəti və dəyəri, onun arxasında əyləşən insanların maddi vəziyyəti ilə deyil, paylaşmaq və yardımlaşmaq ruhu ilə ölçülür.

Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov da belə düşünür. O deyir ki, iftar kasıb, imkansız insanlar üçün olmalıdır:

“Yeyib-içən insanlar, qohumlar bir yerə yığıla bilər, amma bu tam iftar olmur. Dində iftar süfrələri təşkil etmək savabdır, amma bu imkanı olmayan insanlar üçün təşkil olunmalıdır. Amma eyni dostlar yığışıb bunu qeyd edirlərsə, buna tam olaraq iftar demək olmaz. Bu müəyyən mənada yeyib-içmək məclisidir. Ona görə də burada insanlar özləri də bunu nəzərə alsınlar, diqqətli olsunlar. Hesab edirəm ki, rəsmi tədbir xaricində oruc tutmayan adamın iftar süfrəsində iştirak etməsi düz olmayan bir məsələdir”.

C.Məmmədov qeyd edib ki, müsəlman ölkələrin əksəriyyətində bu ənənə yoxdur:

“Müsəlman ölkələrin əksəriyyətində hamı bilir ki, iftar mərasimi yalnız oruc tutanlar üçün təşkil edilə bilər. Bizdə isə adını iftar süfrəsi qoyuruq, amma orada olan hamının həmin yeməyi yeməyə pulu, imkanı var. Ümumiyyətlə iftar süfrələrinin israfçı şəkildə olması da düzgün deyil. İftar süfrəsində israfçılıq olmamalıdır. Biz nəzərə almalıyıq ki, bu gün dünyada milyonlarla insan nə su, nə də yemək tapır. Stolun üzərinə düzülən yeməklər yeyilməyib israf ediləndə bu da günahdır. Elə insanlar var ki, həmin yeməyi yeməyə imkanı yoxdur. Kimsə iftar süfrəsi təşkil edirsə, bunu kasıb insanlar üçün etməlidir”.

Müsahibimiz bildirib ki, oruc tutmayan şəxs iftar süfrəsində iştirak edirsə, burada hər iki tərəf məsuliyyət daşıyır:

“Məsələn mən iftar süfrəsi vermək istəyirəmsə, oraya haqqı çatanları, yəni ehtiyacı olanları çağırmalıyam. Mən əgər iftarla savab qazanmaq istəyirəmsə, oraya ehtiyacı olanları çağırmalıyam. İftara dəvət olunan insan da kiminsə yerinə getmiş olur. Bəzən ac olan adama yer çatmır, ac olmayan oturur. Ona görə də burada hər iki tərəf məsuliyyət daşıyır. Əgər kimsə oruc tutmayıbsa, bunu açıq bildirməlidir. Özünü oruc tuturmuş kimi aparıb oraya getmək düzgün deyil. İftarı təşkil edən adamlar da bilirlər ki, kimin iftara ehtiyacı var. Bəzən qohum-əqrəba bir yerə toplaşır, bu ənənəyə çevrilib. Amma böyük iftar süfrələrində mütləq bu nəzərə alınmalıdır. Elə insan var ki, onun yeməyə ehtiyacı var, o bizim üzərimizdə haqqdır. Onun yeməyini orada başqası yeyirsə haqqına girmiş olur. Hər kəs öz haqqı çatanı yeməlidir, ona haqqı çatan verilməlidir”.

Deputat sonda vurğulayıb ki, əgər iftar süfrəsində heç kim oruc tutmursa, bu iftar yox, qonaqlıqdır:

“İftar süfrəsində ancaq oruc tutmayanlar toplaşırsa, bu sadəcə qonaqlıqdır. Dediyimiz kimi iftar yalnız oruc tutanlara verilən yeməkdir. Tutaq ki, kimsə 10 nəfəri yığır ora, heç biri də oruc tutmur. Bu artıq iftar deyil, qonaqlıqdır. Bunun iftarla qarışdırmaq da düzgün deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri