Icma.az
close
up
RU
Saxta düşmən axtarışında olanlara Azərbaycansayağı xitab!

Saxta düşmən axtarışında olanlara Azərbaycansayağı xitab!

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəlin hər şeyə lap əvvəldən başlayaq. Müstəqilliyimizin bərpasından sonra qonşularımızın hərəsi öz təsir dairəsini yaratmağa çalışdılar. Təbii ki, 1993-cü ildən sonra bu baş vermədi. Ümummilli lider Heydər Əliyev Azərbaycanın bütün qonşuları ilə mehriban, sağlam, ikitərəfli siyasət aparacağını bəyan etdi. Amma beynəlxalq hüququn qaydalarından narazı qalan, hər fürsətdə ölkəmizə qarşı müxtəlif qara kampaniyalar aparmaqdan çəkinməyən qonşularımızı da gördük.

Daha dəqiq deyəcəm, söhbət İrandan gedir. Bəli, bizi İranla çoxəsrlik bağlar birləşdirir. Arazın o tayında 30 milyonluq soydaşımız var və şübhəsiz ki, İran hər zaman bu faktordan ehtiyat edib. Amma bu ehtiyat çox vaxt ölkəmizə qarşı müəyyən qara niyyətlərin həyata keçirilməsində əsas ola bilməzdi. Bu, sadəcə bəhanə idi. 30 il ərzində Arazın şimal sahilində islam aləminin müqəddəs məkanları dağıdıldı, yerlə-yeksan edildi, üstəlik, təhqirə məruz qaldı. Nə həmin dövrdə, nə də sonra İran İslam dövləti olaraq ən azından müsəlman borcunu yerinə yetirdimi? Ermənistanı beynəlxalq platformalarda qınadımı? Hələ başqa sərt tədbirləri demirəm. Xeyr! Etmədi. Sadəcə etmədi. Əksinə, Ermənistanla sıx münasibətlər qurdunuz, qarşılıqlı diplomatik münasibətləri gücləndirdiniz, ticarəti genişləndirdiniz və sair və ilaxır. Halbuki islam dövləti olan Pakistan məhz Qarabağda törətdiklərinə görə bu günə qədər Ermənistanı dövlət olaraq tanımır, onunla hər hansı münasibət qurmayıb. 

Yadıma 2001-ci ilin iyul ayı düşür. O günlərdə, səhv etmirəmsə, elə iyulun sonlarında İranın hərbi təyyarələri Azərbaycanın hava məkanını pozmuşdu, Azərbaycan dənizçilərinə hədə-qorxu gəlmişdilər. Düz 30 kilometrə qədər hava sərhəddi pozulmuşdu. Amma çox keçmədi, düz bir aydan sonra Azərbaycan səmasında Türkiyə Şahinləri göründü. Hamı bu qürur dolu mənzərəni “Azadlıq”’ meydanından izləyirdi. Ümummilli lider Heydər Əliyevin səmaya zillənmiş qürur dolu baxışlarını bu günə qədər xatırlayıram. Bu, qardaş ölkənin Azərbaycan səmasında öz imkanlarını nümayiş etdirməsi deyildi, bu həm də İrana siyasi mesaj idi. Yəni biz hətta cavabımızı belə son dərəcə diplomatik, sülh prinsipləri və etiketləri pozmadan veririk.

Siz İran dövləti olaraq 30 il bütün bunlara sadəcə göz yumdunuz, elə Vətən müharibəsi başlananda da susdunuz. Hadisələrin hansı məcrada inkişaf edəcəyini bilmirdiniz. Məqam gözləyirdiniz. Hətta Vətən müharibəsindən sonra Qafanda İran konsulluğunun açılması da guya Azərbaycana ultimatum idi. Bunu da keçdik. Tez-tez İranın dövlət xadimlərinin “Zəngəzur” dəhlizi bizim üçün qırmızı xətdir” ifadəsini işlətməsi görəsən, hansı sağlam məntiqdən xəbər verirdi? Prezident İlham Əliyevin Cəbrayıla səfər edərkən – “Azərbaycan-İran sərhəddi dostluq sərhəddidir” ifadəsini söyləməsi bu ritorikaya peşəkar diplomat cavabı idi. Bu cavabda əsrlərin yükü, çəkisi və mahiyyəti vardı. Düzdür, zaman və prioritetlər dəyişir. Siyasətdə də yenilənmələr dövrün tələblərindən asılı olaraq mütəmadi olaraq baş verir. Amma dəyişməyən bir sadə məntiq var – mövqe. Bizim İrana qarşı mövqeyimiz hər zaman bir və dəyişməz olub. Yaxın qonşularımızda sabitlik və əmin-amanlıq hökm sürürsə, deməli, biz də rahat nəfəs ala bilərik. Bu gün biz maraqların toqquşduğu regionda müxtəlif təxribatların şahidi oluruq, amma nə bu təxribatların kor-koranə iştirakçısına, nə də qurbanına çevrilirik. Biz heç kəsi hədələmirik, heç kəslə ultimatum dilində danışmırıq. Deməli, qarşılıqlı şəkildə bizi də hədələməməli, bizimlə də ultimatum dilində danışılmamalıdır. Bəli, İsrail-İran müharibəsi bizi narahat edir. İlk növbədə hadisələr Azərbaycanın düz burnunun ucunda baş verir. Digər bir vacib məsələ isə İranda – Cənubi Azərbaycanda soydaşlarımızın yaşadığı şəhərlərin raket atəşinə məruz qalmasıdır. Bəli,  Azərbaycan bu vəziyyətdən narahatdır və bununla bağlı bir neçə dəfə İsrailə müraciət edib, həmin ərazilərin vurulmamasını xahiş edib. Azərbaycan regionda müharibənin əleyhinədir, çünki nəticələrin ağır olacağı indidən bəllidir. İranın vəziyyəti də son dərəcə ağırdır desəm, yanılmaram. Amma belə kəskin bir vəziyyətdə qonşumuzun bizi əsassız olaraq hədəfə alması görəsən, hansı məntiqdən qaynaqlanır? Bəli, Azərbaycanla İsrail arasında uzun illərdən bəri xoş və mehriban münasibətlər var. İsraildə Azərbaycan köçmüş yəhudi əsilli çoxlu saydı ailə var və onlar məhz Azərbaycanı ana vətənləri hesab edirlər. İsrailin Azərbaycana xüsusilə Vətən müharibəsi dövründə verdiyi dəstəyi də unutmamışıq. Amma bu, İrana Azərbaycanı az qala müttəhim etməyə icazə vermir. Əvvəla xatırladım ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2023-cü illərdə Prezident İlham Əliyev bu hərəkata uğurlu şəkildə sədrlik edib. Məhz həmin dövrdə bir daha bəyan edildi ki, bütün üzvlər təşkilatın prinsiplərinə sadiq qalmalı və hər hansı bloklarda iştirak etməməlidirlər. Digər tərəfdən bəlkə də Azərbaycan hamıdan çox tez bir zamanda müharibənin sona çatmasının tərəfdarıdır. Reallıqlardan qaçaraq günahkar axtarmaq zəif iradənin xüsusiyyətidir. Əgər düşmənini reallıqda tapmamısansa, o zaman istənilən mülahizə sadəcə cəfəngiyyatdır. Dövlətçilikdə və diplomatiyada mülahizə yox, konkretlik var. Azərbaycan dövləti və onun müdrik rəhbərinin prinsipləri budur. 3+3 formatının müəllifi olan Prezident İlham Əliyev Vətən müharibəsindən sonra regionun yeni xəritəsini cızdı. 2024-cü ilin may ayında Araz çayı üzərində hidroqovşağın istifadəyə verilməsi Azərbaycanın sizə - qonşu ölkəyə münasibətlərdə su qədər davamlılıq arzu etməsinə dəlalət edirdi. Araz daha bizi ayırmır, birləşdirir. Azərbaycanın yanaşması bax budur. Tarixi bağlılıqdan, ortaq yaxın mədəni dəyərlərdən danışırıqsa, bütün bunlar Azərbaycanın bəslədiyi münasibətdə kodlaşdırılıb. Hər dəfə müxtəlif bəhanələrlə məsuliyyətsiz bəyanatlar verən İranın dövlət xadimləri məgər başa düşürlərmi ki, bu gün baş verən proseslərin də axrasında bəlkə nə vaxtsa verilmiş məsuliyyətsiz bəyanatlar dayanır?

Müharibə başlandığı gündən Azərbaycan Respublikasının bütün strukturları Prezident İlham Əliyevin tapşırığına əsasən sərhəd-keçid məntəqələrində səfərbər olublar. İrana təşrif gətirmiş, amma məlum səbəblərdən ölkəni tərk etməli olan qonaqların Azərbaycan vasitəsilə təxliyyəsinə ən yüksək səviyyədə imkan yaradıldı. Bu, sadəcə təxliyyə deyildi, bu, Azərbaycan xalqının sülh və qonaqpərvərlik nümunəsi idi. Biz sizin qonaqları duz-çörəklə, bütün yardım briqadaları ilə qarşıladıq. Odur ki, hədə-qorxu gəlmək, düşmən obrazı axtarmaq böyüklüyün qarşısında miskinlik əlamətidir. Əlbəttə, nə vaxtsa  - ümid edirik ki, ən qısa zamanda - bu müharibə bitəcək, amma nə qədər ki, regionu tam, sıx əlaqəli, möhkəm təməlli görmək istəməyəcəksiniz, reallıqları böhtanlara dəyişəcəksiniz, o zaman nə dövlət, nə də şəriət sizin köməyinizə gələcək. Biz heç vaxt sizib daxili işlərinizə qarışmamışıq, təbii ki, sizdən fərqli olaraq. Zaman elədir ki, dünyadan təcridedilmiş şəraitdə yaşamaq mümkün deyil. Bu, təbii ki, sizin öz işinizdir, amma Azərbaycanla işiniz olmasın. Hər nə ağlınızdan keçirsə, səhvdir, niyyətiniz kimi. Bilin və agah olun! Regionun firavan gələcəyi elə sülhpərvər, səmimi və etibarlı Azərbaycanın, onun görkəmli lideri, dünya şöhrətli dövlət xadimi İlham Əliyevin əlindədir. Bunu dərk etmək üçün sadəcə niyyətlərinizi təmizləyin, eqolara və xəstə təfəkkürə söykənən böhtan düşüncəsinə son qoyun! Bu dəfə düşməniniz ocaq başında deyil.  

Və səmalarınızda aydınlıq, evlərinizdə sülh olsun, çünki həqiqətən biz yalnız bunu istəyirik! 

Turəxanım Qasımova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyun 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see319

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see307

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see290

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see269

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see257

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see250

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see199

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see195

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see182

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see181

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see173

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see172

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see171

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see169

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see169

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see169

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see166

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see163

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see158

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri