Icma.az
close
up
RU
Bu avtomobillər evakutor belində getmək üçündür? Azərbaycansayağı yanaşma

Bu avtomobillər evakutor belində getmək üçündür? Azərbaycansayağı yanaşma

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Bəzi xəbər portalları, bloqçular və özünü avtomobil mütəxəssisi kimi təqdim edən şəxslər tez-tez siyahılar dərc edirlər: guya bu avtomobillər “ən pisdir”, digərləri isə “ən yaxşı”. Mən bu yanaşma ilə razı deyiləm. Çünki hər ölkənin özünəməxsus avtomobil bazarı, istehlakçı psixologiyası və seçim mədəniyyəti var”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında  Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib. O, ölkəmizdə bəzi brend avtomobil markalarının haqqında dərc olunan məlumatları doğru hesab etmədiyini qeyd edib:

“Məsələn, Azərbaycanda bəyənilməyən, problemli sayılan müəyyən “Volkswagen” modelləri var. İnsanlar onları almaqdan çəkinirlər. Amma qonşu ölkələrə — Türkiyə, Rusiya və digərlərinə nəzər salsaq, həmin modellərin kifayət qədər sevilən və güvənilən avtomobillər olduğunu görərik. pizza sifarişi

Başqa bir nümunə: “Şkoda”. Bu marka keyfiyyətli avtomobilləri ilə tanınır. Rusiya bazarında, müharibədən öncəki dövrdə, çox populyar idi və satış göstəriciləri yüksək idi. Amma bizdə bu markaya maraq o qədər də böyük deyil. Bu da bir daha göstərir ki, bazar seçimləri təkcə texniki göstəricilərdən yox, həm də yerli zövq, dəb və psixoloji amillərdən asılıdır.

Digər tərəfdən, hər hansı dönəmdə “Land Rover” modelində zavod qüsuru aşkarlana bilər və bu avtomobillər geri çağırılır. Lakin növbəti buraxılışlarda həmin problemlər aradan qaldırılsa da, insanlar illərlə eyni qüsur barədə danışmağa davam edirlər. Məsələn, bir vaxtlar “Discovery” modelindəki qüsurlar müzakirə olunurdu. Halbuki bu, illər əvvəlki mövzudur.

Eyni yanaşmanı “Jeep” markasına da tətbiq etmək olar. Dünyada həm təhlükəsizlik, həm də yolsuzluq imkanlarına görə nüfuzlu brendlərdən biri hesab olunsa da, bəzən bizdə yanlış müqayisələrə məruz qalır”.

Müsahibimiz bildirib ki, avtomobil istehsalında qüsurların baş verməsi normal haldır:

“Əlbəttə, avtomobil sənayesi zamanla dəyişir. İstehsalçılar əvvəllər daha çox keyfiyyətə üstünlük verirdilərsə, indi müasirlik, dizayn və dəbdəbə ön plana çıxır. Amma bu, həmin markaların dəyərini və etibarlılığını kölgəyə sala bilməz. Axı, marka elə markadır.

Bunu geyim nümunəsində də görə bilərik: orta qiymətə olan məhsul bir az fərqli görünə bilər, amma marka dəyəri onu xüsusi edir. Avtomobillərdə də eynidir. Məsələn, yeni yaranmış Çin startap avtomobillərini Amerika, Avropa və Koreya markaları ilə müqayisə etmək doğru deyil. Bu, haqsızlıq olar.

Buna görə də, istər mətbuatda, istər gündəlik söhbətlərdə, hansısa brend haqqında səthi fikirlərə əsaslanaraq qənaət çıxarmaq düzgün deyil. Avtomobil, geyim, elektronika və ya ərzaq markaları barədə peşəkar araşdırmaya əsaslanmaq daha məqsədəuyğundur.

İstehsalçı zavodlarda müəyyən qüsurların baş verməsi mümkündür. Çünki burada həm texniki, həm də iqtisadi amillər rol oynayır. Hətta bəzən yeni modellərin istehsalı sırf biznes maraqlarına görə həyata keçirilir. Bu isə o demək deyil ki, brend ümumilikdə keyfiyyətsizdir”.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri