Icma.az
close
up
RU
AzərbaycanSuriya parlamentlərarası işçi qrupu bərpa EDİLƏ BİLƏR

AzərbaycanSuriya parlamentlərarası işçi qrupu bərpa EDİLƏ BİLƏR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan hakimiyyətlə əlaqələr qurub. Xarici işlər nazirinin müavini dekabrın son günlərində Suriyada olub və bu ölkənin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub. Ertəsi gün Azərbaycanın Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. Ancaq vətəndaş müharibəsinin başlamasından sonra əlaqələr kəsilib. 

Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur, ancaq səfirliyin yenidən açılması nəzərdə tutulub. Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub.

Müharibənin başlamasından sonra Azərbaycanla Suriya arasındakı parlamentlərarası münasibətlər də kəsilib. Milli Məclisin Azərbaycan-Suriya parlamentlərarası İşçi Qrupu hələ də fəaliyyət göstərmir.

Bəs indiki vəziyyətdə Azərbaycan-Suriya Parlamentlərarası İşçi Qrupu bərpa oluna bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibtlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan Suriyanın yenidən dövlət quruculuğunun bərpasına dəstək verir:

"Ölkəmiz Suriyaya humanitar yardım göstərir. Siyasi və diplomatik əlaqələrin qurulması istiqamətlərində müəyyən addımlar atılır. Lakin bu, ilkin mərhələdir. Bəlli olduğu kimi parlamentlərarası işçi qrupunun formalaşdırılması prosesi diplomatik əlaqələrin tam bərpasından sonraya təsadüf edilir.  Münasibətlərin yenidən qurulması istiqamətində ölkəmiz müəyyən addımlar təbii ki, atacaq. İlkin olaraq, münasibətlərin Suriyada dövlət institutlarının fəaliyyətinin tam bərpasından sonraya təsadüf edəcəyini düşünürəm. Dövlət institutları formalaşmalı, konstitusiya ilə bağlı məsələlər  həll olunmalıdır. Hansı yolu onlar seçəcəklər-Prezident, yoxsa parlament idarə üsulunu? Bundan sonra hansı addımlar atılacaq".

Deputat vurğulayıb ki, hakimiyyətin legitim qollarının formalaşdırılması ilə bağlı bütün məsələlər həll edildikdən sonra Azərbaycan da parlamentlərarası işçi qrupunun formalaşdırılması istiqamətində addımlar ata bilər:

"İndiki halda məsələ Suriyadakı dövlət quruculuğu və ölkənin yenidən bərpasına dəstəklə müşahidə olunur. Azərbaycan qardaş Türkiyə ilə eyni mövqedə çıxış edir. Bu aspektdən qənaətimə görə, hadisələrin tezləşdirilməsinə ehtiyac yoxdur, hər şeyin öz zamanı var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri