Icma.az
close
up
RU
AzərbaycanTürkiyə münasibətlərində nə baş verir?

AzərbaycanTürkiyə münasibətlərində nə baş verir?

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əgər sən böyük siyasətdəsənsə rəqiblərin, düşmənlərin çalışacaqlar ki, səninlə dostların, müttəfiqlərin arasında etimadsızlıq yaradıb səni təkləsinlər, zəiflətsinlər. Diqqət yetirsəniz, görəcəksiniz ki, təkcə müttəfiqlərlə yox, Prezidentin sadiq tərəfdaşları, iqtidarın dayağı sayılacaq şəxslər arasında da intriqalar yaratmaq, onları Prezidentin gözündən salmaq üçün hansı oyunlardan çıxırlar. Bizim kiçik partiyamızın daxilində belə zaman-zaman bu cür cəhdlər edənlər varsa, görün düşmənlərimiz ölkə miqyasında nələr etmək istəyəcəklər.

Gununsesi.info xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə-Azərbaycan və Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün Qərbdən maliyyələşən müəyyən qrupların hərəkətə keçməsi haqda sualı cavablandırarkən deyib.

O bildirib ki, biz Türkiyə ilə qardaş dövlətlərik, hansısa məsələlərə dair fikir ayrılıqları da ola bilər, bu çox normaldır:

“Amma prezidentlər arasındakı səmimi dostluq münasibətləri və eyni millət olmağımız bizi bir-birimizə elə tellərlə bağlayıb ki, heç kim bir daha bizi bir-birimizdən ayıra bilməz.

Rusiya ilə münasibətlərə də xələl gətirmək üçün gecə-gündüz “Azərbaycanı Rusiya yönəldir”, yaxud “Rusiya Azərbaycandan istifadə edir”, – deməklə xalqımızı qıcıqlandırmaq, onun keçmişdə ilişib qalmasını istəyirlər. Prezidentin 2022-ci ilin fevralında Rusiya ilə imzaladığı müttəfiqlik münasibətlərinə dair saziş, Rusiyaya münasibətdə yürütdüyü dostluq siyasəti Azərbaycanın milli maraqlarına və mənafelərinə cavab verdiyi üçün həmin siyasəti müdafiə edirik. Bu dostluq münasibətləri zəminində 44 günlük Vətən müharibəsində Rusiyanın neytrallığını təmin etdik. Rusiyanın vasitəçiliyi ilə Laçın və Kəlbəcər rayonlarını heç bir itki vermədən işğaldan azad etdik. Rusiya sülhməramlıları imkan vermədi ki, hansısa təxribatlar törədib Azərbaycanı etnik təmizləmədə, yaxud soyqırımda kimsə ittiham etsin. Bəli, bu gün belə ittihamlarla çıxış edənlər var, amma onların böhtançı olması da göz önündədir. Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini bərpa edəndən sonra sülhməramlılar da sazişdə nəzərdə tutulan vaxtdan tez çıxıb getdi. Amma rus sülhməramlıları burada olanda həmin təxribatçılar nələr demirdilər. Burada siz harda görürsünüz Rusiyanın bizdən istifadə etməsini? Bu həqiqətləri deyənləri isə dərhal başlayırlar “Rusiyanın adamıdır” – deyib ləkələməyə, gözdən salmağa”.

Millət vəkili xatırladıb ki, Rusiya azərbaycanlı gənclər üçün əmək bazarıdır:

“Kənd təsərrüfatı məhsullarımızı orada satırıq, iki milyon azərbaycanlı Rusiyada məskunlaşıb, özlərinə ev-eşik qurub. Təbii ehtiyatlarla zəngin Rusiya Federasiyanın tərkibində 8 türk respublikası var. Biz qonşuyuq, bizi bir-birimizlə tarixi, mədəni, humanitar əlaqələr bağlayır. İndi sifarişlə işləyən hansısa siyasi riyakarların sözlərinə görə Rusiya ilə əlaqələri pozmalıyıqmı? Bəziləri Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətlərimizi dəyişməli olduğumuzu deyir. Ermənistan 30 il torpaqlarımızın 20%-ni işğal altında saxlayanda bizdən çox böyük olan Ukrayna dövləti Azərbaycandan da dəfələrlə kiçik Ermənistanla münasibətlərini pozdumu? Hər zaman söylədilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, münaqişə də danışıqlar yolu ilə həll olunmalıdır. Mən bir il öncə Moskvada MDB-yə üzv olan dövlətlərin parlamentlərində təmsil olunan partiyaların iştirakı ilə keçirilən konfransda Azərbaycan dövlətinin mövqeyindən çıxış edərək bildirdim ki, üzv dövlətlərin ərazi bütövlüyünə hörmət olunmalıdır və yalnız bu halda keçmiş sovet respublikalarının səmimi əməkdaşlığı və daha sıx inteqrasiyası mümükündür. Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib, Ukraynaya humanitar yardım etməkdə davam edir. Baxmayaraq ki, erməni vandalları tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlərimizin bərpası üçün beynəlxalq birlik tərəfindən bizə kömək edilməlidir. Azərbaycan torpaqları işğal olunanda, bir milyon qaçqınla baş-başa qalanda da beynəlxalq birlik bizə yetərli miqyasda humanitar yardım etmədi. Ona görə nə qədər ki, Rusiya Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq, biz həmişə Rusiya ilə dost olmağa çalışmalıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see264

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see264

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see246

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see242

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see237

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see231

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see225

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see224

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see218

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see206

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see204

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see202

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see201

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see201

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see200

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see200

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see199

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see198

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri