Icma.az
close
up
RU
Azercell in baş icraçı direktoru DCO nun Baş katibi ilə görüşdü

Azercell in baş icraçı direktoru DCO nun Baş katibi ilə görüşdü

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Azercell-in baş icraçı direktoru Zərinə Zeynalova Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yəhya ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüş Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsindən sonra Baş katibin ölkəmizə səfəri çərçivəsində baş tutub. Azərbaycanın rəqəmsal ekosisteminin əsas qüvvələrindən biri olan Azercell ölkənin rəqəmsal inkişafı, qlobal rəqəmsal iqtisadiyyatda mövqeyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələrə qoşulub.

Azərbaycanın DCO-ya üzv olması rəqəmsal sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkənin Qafqaz, Mərkəzi Asiya və digər bazarları birləşdirən regional rəqəmsal mərkəz kimi mövqeyinin gücləndirilməsi istiqamətində növbəti addımdır. Bu baxımdan görüşdə telekommunikasiya şirkətlərinin dəyişən rolu, rəqəmsal xidmətlərin, data və süni intellektin inkişafı ilə sektor üçün yaranan yeni imkanlar müzakirə olunub.

Zərinə Zeynalova gələcəyin tələblərinə cavab verən rəqəmsal ekosistemin qurulmasına dair Azercell-in baxışını təqdim edib. Z. Zeynalova bildirib ki, şirkət ənənəvi telekommunikasiya xidmətləri ilə yanaşı, rəqəmsal xidmətlər, data və süni intellekt istiqamətlərini də ardıcıl şəkildə inkişaf etdirir. Azercell-in hədəfləri artıq yalnız bağlantı və rəqəmsallaşma ilə məhdudlaşmır. Şirkət süni intellektin getdikcə daha böyük rol oynadığı iqtisadiyyatın tələblərinə uyğun yeni imkanlar yaratmağı, zəruri bilik və bacarıqları inkişaf etdirməyi və bununla Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyi hədəfləyir.

Görüşdə süni intellektin məsuliyyətli tətbiqi və insan kapitalının inkişafı da əsas müzakirə mövzuları sırasında olub. Qeyd olunub ki, süni intellektin uğurlu tətbiqi yalnız texnoloji həllərin yaradılması ilə məhdudlaşmır. Bunun üçün güclü texnoloji və data infrastrukturu, yeni həllərin məsuliyyətli tətbiqi, eləcə də insan kapitalının bilik və bacarıqlarının davamlı inkişafı böyük əhəmiyyət kəsb edir. 

Qadınların texnologiya və rəqəmsal iqtisadiyyatın formalaşmasındakı rolu görüşün digər mühüm mövzularından biri olub. Müzakirələr zamanı qadınların yalnız texnologiyadan istifadə edən deyil, həm də onu yaradan, texnoloji şirkətlərin idarə olunmasında iştirak edən və rəqəmsal gələcəyi müəyyən edən qərarların qəbulunda fəal iştirakının vacibliyi vurğulanıb.  

Görüşdə, həmçinin Azərbaycanın rəqəmsal inkişaf hədəflərinə nail olmaq üçün zəruri bacarıq və istedad potensialının inkişaf etdirilməsində dövlət və özəl sektor, texnologiya şirkətləri və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Oktyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri