“Azercell Cup 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şagirdlərin rəqəmsal texnologiyalara marağının artırılması və proqramlaşdırma bacarıqlarının inkişafına yönəlmiş “Azercell Cup – 2026” müsabiqəsinin ikinci mərhələsi uğurla yekunlaşıb.
Müsabiqənin yarımfinal mərhələsində 211 şagird iştirak edib. Avtomatik qiymətləndirmə sistemi vasitəsilə 2339 həll yoxlanılıb. Yarımfinal mərhələsində 200 və daha çox bal toplamış 160 şagird finalda iştirak hüququ qazanıblar. Müsabiqənin final mərhələsi 26 sentyabr 2026-cı il tarixində əyani formatda keçiriləcək.
Artıq beşinci dəfə təşkil olunan “Azercell Cup” ümumtəhsil müəssisələrinin VI–VII sinif şagirdləri arasında proqramlaşdırma, alqoritmik düşüncə və rəqəmsal bacarıqların inkişafına xidmət edir. Müsabiqənin məqsədlərindən biri də istedadlı şagirdlərin erkən yaşlardan müəyyən edilərək informatika, süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə beynəlxalq olimpiadalara hazırlıq proqramlarına cəlb olunmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 15 İyul 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















