Icma.az
close
up
RU
Azercell in “Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500 dən çox müraciət daxil olub

Azercell in “Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500 dən çox müraciət daxil olub

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin birinci rübündə “Qadın Dəstək Xətti” xidmətinə ümumilikdə 537 müraciət daxil olub. Bu müraciətlərdən 109-u məişət zorakılığı, 57-si nikahın pozulması, 48-i sosial-maddi rifah, 44-ü hüquqi dəstək, 18-i sığınacaqla təmin olunma, 14-ü psixoloji yardım, 13-ü isə səhiyyə hüququ ilə bağlı məsələləri əhatə edib. 234 müraciət digər mövzularla bağlı olub. Müraciətlərin geniş spektri “Qadın Dəstək Xətti”nin çətin həyat şəraitində olan qadınlara çevik və peşəkar dəstək göstərmək baxımından mühüm sosial rol oynadığını bir daha nümayiş etdirib.

"APA-Economics" xəbər verir ki, “Qadın Dəstək Xətti”nin əsas məqsədi – məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyi təşviq etmək, qadınlara hüquqi məsləhət verən QHT-lərə, reabilitasiya mərkəzlərinə, sığınacaqlara yönəltməklə onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Eyni zamanda, xidmətə müraciət edən qadınlara tibbi yardıma çıxış, məşğulluq imkanları barədə məlumatlandırma və sosial dəstək təklif olunur. Bu proseslər peşəkar psixoloqlar, hüquqşünaslar və sosial işçilər tərəfindən icra edilir. Müraciətlərin operativ həlli məqsədilə zəruri hallarda müvafiq dövlət qurumları, yerli idarəetmə orqanları və sosial xidmət müəssisələri ilə əməkdaşlıq həyata keçirilir.

“Qadın Dəstək Xətti” 2022-ci ilin iyul ayından etibarən “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə yaradılıb. Xidmət Azercell, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərir. Layihə çərçivəsində çətin həyat şəraiti və risk altında olan qadınlara 116111 qısa nömrəsi, FacebookInstagram səhifələri vasitəsilə 24/7 rejimdə dayanıqlı və davamlı yardım göstərilir.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 May 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri