Icma.az
close
up
RU
Azercell in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025 ci ilin ilk yarısında 1300 dən çox müraciət qəbul edib

Azercell in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025 ci ilin ilk yarısında 1300 dən çox müraciət qəbul edib

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azercell Telekom, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə (QDX) 2025-ci ilin ilk altı ayında 1306 müraciət daxil olub.

Müraciətlərin təsnifatına əsasən, psixoloji dəstək üzrə 329, məişət zorakılığı halları ilə bağlı 209, hüquqi yardımın göstərilməsi üçün isə 187 müraciət qeydə alınıb. Bununla yanaşı, sosial və maddi rifahla bağlı problemlərlə əlaqəli 150, boşanma prosesində yaşanan çətinliklərlə bağlı 119, sığınacaqla təmin olunma üzrə 73, səhiyyə hüquqlarının təmin olunması üçün isə 15 müraciət daxil olub. Zənglərin 224-ü ümumi xarakterli suallar, xidmət barədə məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib.

QDX-nin psixoloq, hüquqşünas və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə görüşərək ehtiyaclarına uyğun yardım tədbirləri həyata keçirib. Zəruri hallarda qadınlar hüquqi məsləhət və tibbi xidmətlərlə təmin olunmaq üçün aidiyyəti qurumlara, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib.

2022-ci ildə Azercell-in təşəbbüsü ilə yaradılan Qadın Dəstək Xətti zorakılıqla mübarizədə effektiv psixososial yardım göstərməyi, qadınların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasını təmin etməyi hədəfləyir. Bu məqsədlə xidmət icma əsaslı hüquq klinikaları, dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. Qadınların rifahının yaxşılaşdırılması və təhlükəsiz mühitdə yaşamaları üçün dayanıqlı dəstək platforması rolunu oynayan QDX 116111 qısa nömrəsi, Facebook və Instagram sosial şəbəkələri vasitəsilə 24/7 rejimində yardım göstərməyə davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 İyul 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri