Azercell Lerikdə telekommunikasiya xidmətlərindən istifadə zamanı müvəqqəti çətinliklərlə qarşılaşılması ilə bağlı açıqlama verib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
20.04.2025-ci il tarixində Lerik rayonunun inzibati ərazisinin bəzi hissələrində "Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə zamanı müvəqqəti çətinliklərlə qarşılaşılması mümkündür.
"Azercell Telekom"-dan APA-ya verilən məlumata görə, hazırda yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülməkdədir.
Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir.
Baxış sayı:130
Bu xəbər 20 Aprel 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















