Icma.az
close
up
RU
Azercell MWC 2026 da gender inklüzivliyini təqdim etdi

Azercell MWC 2026 da gender inklüzivliyini təqdim etdi

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Barselonada keçirilən Mobile World Congress (MWC) qlobal rabitə və texnologiya ekosisteminin aparıcı nümayəndələrini bir araya gətirib.

"Unikal" xəbər verir ki, hər il olduğu kimi bu dəfə də konqres sənayenin inkişafına təsir edən əsas mövzuların müzakirəsi, innovativ texnoloji həllərin təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.

MWC Barcelona 2026 çərçivəsində keçirilən sessiyalarda inklüziv biznes yanaşmaları və gənclərin rəqəmsal rifahı kimi aktual mövzular diqqət mərkəzində olub.

Konqresdə çıxış edən “Azercell Telekom” MMC-nin İnsan Kapitalı üzrə Baş direktoru Dilarə Hüseynova texnologiya sektorunda daha inklüziv mühitin formalaşdırılmasının xüsusi əhəmiyyətini vurğulayıb: “Azərbaycanın rəqəmsal transformasiyasında aparıcı rol oynayan şirkət olaraq gender inklüzivliyi bizim strateji prioritetlərimizin əsas istiqamətlərindən biridir”.

D. Hüseynova "Azercell"in yeni nəsil qadın İKT mütəxəssislərinin və texnologiya sektorunda qadın liderlərinin yetişdirilməsinə yönəlmiş təşəbbüsləri barədə geniş məlumat verib. Qeyd olunub ki, şirkət bu istiqamətdə müxtəlif mərhələləri əhatə edən sistemli yanaşma tətbiq edir və qızların texnologiya sahəsinə marağının erkən yaşlardan formalaşdırılmasına xüsusi önəm verir.

D. Hüseynova şirkətin həyata keçirdiyi bir sıra sosial layihələr barədə iştirakçıları məlumatlandıraraq, bu sahədə əldə olunan geniş təcrübəni bölüşüb. "Azercell"in qızlardan ibarət milli komandanın Beynəlxalq İnformatika Olimpiadalarına hazırlığına verdiyi dəstək və “Uğur qızlarımızındır” təşəbbüsü xüsusi maraqla qarşılanıb. Eyni zamanda, qadınların rəqəmsal və biznes bacarıqlarının gücləndirilməsinə yönəlmiş “Qadınlara dəstək” sosial layihəsi çərçivəsində qeyri-hökumət təşkilatları ilə qurulan əməkdaşlıq da iştirakçılar tərəfindən müsbət qiymətləndirilib. 

Qeyd edək ki, “Azercell Telekom” MMC Beynəlxalq GSM Assosiasiyasının (GSMA) üzvüdür və təşkilatla müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Şirkət GSMA və rəqəmsal dövrdə gender bərabərliyinin təşviqinə yönəlmiş EQUALS Gender İnklüzivlik İndeksinin pilot mərhələsində iştirak edərək həyata keçməsinə öz töhfəsini verib. Bu təşəbbüs texnologiya sektorunda inklüzivliyin təşviqinə, sənayedə mövcud stereotiplərlə mübarizəyə və daha inklüziv yanaşmaların formalaşdırılmasına yönəlib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Mart 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri