Icma.az
close
up
RU
“Azercell” operatorunun növbəti “2 AZNlik limit oyunu”

“Azercell” operatorunun növbəti “2 AZNlik limit oyunu”

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Mobil operatorlar niyə abunəçilərin cibinə girirlər?

Sumqayıt şəhər sakini Məmmədkərimov İlkin İlqar oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçi “Azercell” mobil operatorundan şikayətini bildirir.

“Mən, Məmmədkərimov İlkin İlqar oğlu yazaraq xahiş edirəm ki, yazdıqlarımı ictimailəşdirəsiniz. Şikayətim “Azercell” mobil operatorundandır. Belə ki, Azərbaycanda mobil operatorların vətəndaşların cibinə girdiyi artıq hər kəsə bəllidir. Demək olar ki, bütün operatorlarda qiymət artımı surətlidir.

“Azercell” operatoru qeyd edir ki, 1 Fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək. Yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər. Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə 2 AZN xidmət haqqı tətbiq ediləcək və “Azercell” abunəçinin balansından 2 AZN siləcək. Yəni cibimizə girəcəklər, bu isə oğurluqdur”, deyə şikayətçi iradını ifadə edib.

“Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı var ki, balansımızdan vəsait silsin. Və yaxud da zorla hər hansısa paket verilir. Sən aktiv etməsən də baxırsan ki, hansısa paket aktiv olunub”, deyən Sumqayıt sakini, “Bu istehlakçı hüquqlarının pozulmasıdır. Digər operatorlarda heç olmasa silinən pulun yerinə 2 AZN müqabilində şəbəkədaxili 60 dəqiqə və 1,2 GB internet paketi verilir. “Azercell”-də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir, balansdan sadəcə 2 AZN silinir”, deyə bildirir.

Şikayətçi sözlərinə belə davam edir:

“Qeyd edim ki, abunəçi balansını kredit vasitəsi ilə və ya “Paycell” vasitəsi ilə artırsa, yaxud digər nömrədən balansa vəsait yükləsə belə, bu aylıq sərfiyyat limiti kimi hesablanmır, nəticədə abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir. Buna məcbur edilirik.

Əvvələr danışıq kartının istifadə müddəti bitdikdə, nömrənin xətti 180 gün, yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı, balans artımı olmadıqda, nömrə ləğv edilirdi. İndi isə bu müddət 90 günə, yəni 3 aya endiriləcək.

Halbuki bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur, bu yalnız Azərbaycanda var. Xatırladım ki, “Azercell” bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış, bu ay isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. Bildiyiniz kimi, elə bir ay yoxdur ki, hər hansısa xidmətin qiyməti bahalaşmasın. “Azercell” isə qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desə də, xidmət səviyyəsi əksinə daha da azalıb. Əvvəllər telefon mərkəzinə edilən şikayətlərə zənglə geri dönüş edilirdisə, indi isə sadəcə şablon şəkildə SMS ilə cavab verilir. Əvvəllər telefon mərkəzində abunəçi həll edilməyən şikayətlər ilə bağlı qrup rəhbəri ilə danışa bilirdisə, indi bu da ləğv edilib. Abunəçi şikayətini heç bir yetkiliyə ünvanlaya bilməz.

Bundan başqa, “Azercell” 2023-cü ilin maliyyə hesabatını hələ də açıqlamayıb. Artıq 8 gün sonra 2024-cü ilin sonudur və şirkət 2024-cü ilin maliyyə hesabatını açıqlamalıdır, amma 1 ildir ki, 2023-cü ilin maliyyə hesabatı açıqlanmır. Bununla bağlı telefon mərkəzinə iyul ayından müraciət etsəm də həmin vaxt, "Təklifiniz bizim üçün çox önəmlidir, istəyinizin tətbiqi imkanları araşdırılacaq" şəkilində şablon şəkildə SMS göndərib götürüb qeydiyyatı bağladılar. Həmin vaxt “Call Center”dən xanım operator, "Yəqin ki, yaxın vaxtlarda maliyyə hesabatı sayta qoyulacaq, ona görə qeydiyyatı bağlayıblar" şəkilində cavab verdi.

Daha bir neçə ay gözləyib noyabr ayında telefon mərkəzinə maliyyə hesabatı ilə bağlı yenidən müraciət etdikdə, operatorlar mənə göndərilən şablon şəkildə SMS-i əsas gətirərək, “sizə artıq cavab verilib və bununla bağlı baş ofislə əlaqə saxlamalısınız” formasında qarşılıq verdilər. 26 noyabr tarixində Baş ofislə əlaqə saxladım, lakin müraciətimi yenidən qeydə aldıqdan sonra 1 aydır ki, ona cavab verilmir. Ümumilikdə isə iyul ayından bəri 5 aydan çoxdur ki, məsələ ilə bağlı bir nəfər belə əlaqə saxlayıb məlumat vermir. Keçən il də eyni hal baş vermişdi. O zaman da maliyyə hesabatı may ayında açıqlanmışdı.

 Həmin vaxt müraciətimə Vəfa adlı xanım zəng edərək, "İlkin bəy narahat olmayın, hesablanma gedir. Yaxın vaxtlarda maliyyə hesabatı sayta qoyulacaq" deyə cavab vermişdilər. Maliyyə hesabatını gizlətməyin bir səbəbi var. Bildiyiniz kimi, 2018-ci ildən “Azercell” dövlət şirkətidir və “TeliaSonera” 2015-ci ildən Avrasiya regionunu tərk edəcəyini açıqladıqdan sonra “Azercell” 2018-ci ilədək 3 il zərərlə çalışdı və Rabitə Nazirliyi məcbur olub “Azercell”-in 51%-lik payını “TeliaSonera”-dan 222,5 milyon dollara aldı. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, “Azercell” gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşəcək. Belə görünür ki, bu yaxınlarda “Azercell”in özəlləşmə məsələsini gündəmə gətirəndən sonra İKT üzrə ekspertlər narahat olublar və maliyyə hesabatını gizlətməyə qərar veriblər. Əslində mobil rabitə sahəsində, ümumiyyətlə İKT sektorundakı bərbad xidmətin və qiymətlərin durmadan artmasının oğurluq hallarının əsas səbəbi inhisarçılıq və monopoliyadır. Yəni bütün dünyada fəliyyət göstərən “Vodafone”, “Orange”, “T-Mobile”, “MTS”, “Beeline” və s. şirkətlərin bazara girməsinə imkan verilmir. Dövlət qurumları da illərdir ki, mobil operatorların oğurluğunu görməməzliyə vururlar. Yəni dünyanın heç bir ölkəsində mobil operatorlar heç bir səbəb olmadan qiymətləri durmadan bahalaşdıra və absurd qərarlarla abunəçidən oğurluq edə bilməzlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı şəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri